Bir ayın söhbətidir. Nərimanov metrosu yaxınlığında Uşaq Stomatoloji Poliklinikasının qarşında dayanıb dostumu gözləyirdim. Məndən bir neçə addım uzaqlıqda “Beynəlxalq Bank”ın bankomatından pul çıxarmaqla məşğul olan cavan oğlana yaşlı bir qoca yaxınlaşdı. Əyni qalın deyildi. Ulğumunun üstündə sonuncu düyməsini bətlədiyi qəhvəyi damalı köynəyin üstünə boz rəngli pencək geyinmişdi. Soyuqdan üşüyən əli ilə birlikdə titrəyən əsası yeri taqqıldadırdı.