POPULYARXƏBƏRLƏR

Dövlət Komitəsi: Elşad Miriyevi kitabının çapından daha çox gündəmdə qalmaq maraqlandırır

Elşad Miriyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlıya sosial şəbəkələr vasitəsilə müraciət ünvanlayıb.

İslam.az-ın xəbərinə görə, müraciətin səbəbi Dövlət Komitəsinin E.Miriyevin müəllifi olduğu “İslamda yoxdur” kitabının çapını məqsədəuyğun hesab etməməsi və bununla bağlı qərarı Apellyasiya Məhkəməsinin qüvvədə saxlamasıdır.

DQİDK-nın Mətbuat xidmətindən  daxil olan açıqlamada bildirilib ki, Dövlət Komitəsi tərəfindən “İslamda yoxdur” kitabının nəşrinin məqsədəuyğun sayılmamasının səbəbi, o cümlədən E.Miriyevin söylədikləri barədə dəfələrlə mətbuata açıqlama verilib: "Hətta bu barədə Dövlət Komitəsində müəllifin özü ilə dəfələrlə söhbət aparılıb və sualları cavablandırılıb. Lakin, təəssüf ki, E.Miriyev indiyədək, o cümlədən sonuncu videomüraciətində məsələ ilə bağlı məqsədli şəkildə yanlış fikir formalaşdırmağa çalışır. Belə ki, müəllif məlum kitabının xurafata, falçılığa, cadugərliyə, siğəyə və s. qarşı yazıldığını və buna görə nəşrinə icazə verilmədiyini iddia edir. Həmçinin kitabın çapına icazə verilməməsini senzura kimi qələmə verir.

Bir daha bildiririk ki, dinşünaslıq ekspertizasının həyata keçirilməsi senzura kimi qəbul edilə bilməz. Bunun əksini yalnız hüquqdan xəbəri olmayanların və ya başqa məqsəd güdənlərin deməsi mümkündür. “İslamda yoxdur” kitabının nəşrinin məqsədəuyğun sayılmamasının səbəbi kitabla bağlı rəydə qeyd olunur. Rəydə bildirilir ki, kitabda ölkədəki dini duruma mənfi təsir göstərə biləcək fikirlər aşkar edildiyindən onun nəşri məqsədəuyğun hesab edilmir. Həmin fikirlər isə,  əsasən, seyidlik anlayışı və Peyğəmbərin məsumluğu ilə bağlıdır. Müəllifin bu məsələlər barədə mövqeyi cəmiyyətdə maarifləndirmədən daha çox dini durumda mənfi təzahürlərin meydana gəlməsinə rəvac verə bilər".

Komitənin açıqlamasında qeyd edilib ki, kitabda toxunulan məsələlərlə (xüsusilə, sehr, cadu, siğə, azyaşlıların ailə qurması və s.) bağlı cəmiyyətdə maarifçilik işinin aparılmasına həqiqətən də ehtiyac var və kitabın bu hissəsinə heç bir irad yoxdur, ola da bilməz: "Lakin həssas dini məsələlərlə bağlı maarifləndirmə işi aparılarkən ölkədəki dini mühit, insanların, xüsusilə möminlərin diqqət göstərdiyi məqamlar, müəyyən fikirlərin cəmiyyətdə doğura biləcəyi reaksiyalar mümkün qədər nəzərə alınmalı, dindarların heysiyyatına toxuna biləcək nüanslardan maksimum qaçınılmalıdır. Hətta mümkün qədər mülayim və ehtiyatlı danışıq və yazı üslubu seçilməlidir. Lakin Elşad Miriyevin məlum kitabının “dili” və “üslubu” bilərəkdən və ya bilməyərəkdən sərtdir. Mövzularla bağlı sualların qoyuluşundan, daha doğrusu mövzuların məqsədli şəkildə sərt sual formasında qoyulmasından və mövzuya yanaşmadan aydın görünür ki, müəllif oxucunu maarifləndirməkdən daha çox, müəyyən dini kəsimi qıcıqlandırmaq məqsədi güdür. Məsələn, hansısa bir şəxsin, o cümlədən E.Miriyevin seyidlik anlayışını və seyidləri qəbul etməməsini başa düşmək olar. Bu, hər kəsin şəxsi işidir. Lakin “seyidlik” və “iblis təkəbbürlüyü” arasında hansısa formada bənzərlik “tapmaq” və müqayisə aparmaq və ya ironik eyhamla “ağır”, “yüngül” seyidlər ifadəsini işlətmək nəinki ilahiyyatçıya yaraşmır, hətta insanların heysiyyatına toxunmaq kimi qiymətləndirilə bilər.

E.Miriyevə ilk gündən bildirilib ki, sözügedən iki məqam kitabdan çıxarılacağı təqdirdə onun nəşrinə icazə verilə bilər. Amma o, məqsədli şəkildə bunu etmir. Bu məsələdən istifadə edərək gündəmdə qalmaq, diqqəti cəlb etmək istəyir. Kitabla bağlı Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşının mütəxəssis rəyini də müxtəlif bəhanələrlə “qaralamağa” çalışır. Həmçinin, “İslamda yoxdur” kitabının Türkiyə və Qırğızıstanda nəşr olunmasını xüsusi qabardaraq Dövlət Komitəsinin ekspertlərini qərəzli münasibətdə ittiham edir. Bir daha qeyd edirik ki, kitabda ölkədəki dini duruma mənfi təsir göstərə biləcək fikirlər olduğu üçün onun çapı məqsədəuyğun sayılmayıb. Təbii ki, Azərbaycandakı dini durum Türkiyə və Qırğızıstandan fərqlidir. Bunu E.Miriyev də başa düşür, amma qəbul etmək istəmir. Çünki onu, məlum kitabının çapından daha çox gündəmdə qalmaq maraqlandırır. Onu da bildiririk ki, Dövlət Komitəsi tərəfindən son günlərədək E.Miriyevin müəllifi olduğu və ya ölkəyə idxal etdiyi onlarla kitaba razılıq verilib. Bu məsələdə hər-hansı qərəzin və qeyri-obyektivliyin olmadığı hamıya məlumdur".



Yerləşdirilib:25 Yanvar, 2019  19:10, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com