POPULYARXƏBƏRLƏR

Bu, "öpürəm" demək idi...

Bir ayın söhbətidir. Nərimanov metrosu yaxınlığında Uşaq Stomatoloji Poliklinikasının qarşında dayanıb dostumu gözləyirdim. Məndən bir neçə addım uzaqlıqda “Beynəlxalq Bank”ın bankomatından pul çıxarmaqla məşğul olan cavan oğlana yaşlı bir qoca yaxınlaşdı. Əyni qalın deyildi. Ulğumunun üstündə sonuncu düyməsini bətlədiyi qəhvəyi damalı köynəyin üstünə boz rəngli pencək geyinmişdi. Soyuqdan üşüyən əli ilə birlikdə titrəyən əsası yeri taqqıldadırdı.

Qoca bankomata başı qarışan oğlanı arxadan qəfil toxunuşu ilə yamanca qorxutdu:

- “Oğul, bir yoxla gör, burada pul varmı?” - deyə, əli əsə-əsə ağ kağız parçasına bükülmüş kartı yöndəmsizcəsinə oğlana uzatdı.

Oğlanın işini yarımçıq dayandırıb tələsik öz kartını çıxardaraq qocanın kartını bankomata salması məni şübhələndirdiyindən onlara bir neçə addım yaxınlaşdım ki, miskin qocaya qarşı soyğunçuluq etmək sevdasına düşərsə ona mane olmağa çalışım. Qara, qıvrımsaçlı oğlanın arxasından ona göz qoymağa başlamışdım. Amma, həqiqətən də, qocanın kart balansında cəmi bir neçə qəpik pul var idi. Bunu özüm də gördüm.

- "Dayı, balansınızda pul yoxdur" dedi. Qoca udqundu. "Nə qədər pul olmalı idi burada?" – deyərək, oğlan öz kartını bankomata daxil etdi.

- "Vallah, bala, o gün qız çıxardıb, deyəsən... O gün özüm gəlmək istədim..." bir xeyli uzunçuluqdan sonra, axır ki, 50-55 manat civarında pul olmalı olduğunu deyə bildi.

Bankomat tırıldamağa başladı.

- "Buyurun, dayı, 50 manat var". Öz kartından çıxardığı 50 manat pulu kağız parçasına bükülmüş kart ilə birlikdə qocaya uzadanda baxışlarımız toqquşdu.

Gülümsədim. Yanaqları bir anın içində qızardı. Özünü itirmiş kimi oldu. Qoca dua edirdi. Mənə göz vurdu. Kapüşonunu başına çəkərək, deyəsən, heç özü üçün pul çıxarmadan parka tərəf üz aldı.

Mən də göz vurdum, bu, "öpürəm" demək idi.

Nasib Məhərrəmov



Yerləşdirilib:23 Yanvar, 2019  15:49, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com