Zəm-zəm bulağı Məkkə şəhərində, Kəbədən 20 metr şərqdə Məscidül-həramın ərazisində yerləşir. İslam inanclarına görə, bu bulaq min illər əvvəl, İbrahim peyğəmbərin oğlu İsmayıl susuzluqdan ağladığı zaman bir anda, möcüzəvi şəkildə Allah tərəfindən yaradılıb.