Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü plenar iclasında çıxış edib.
İslam.az-ın verdiyi xəbərə görə, Ərdoğan Kəşmirdə, Yeni Zelendiyada, Yaxın Şərqdə, o cümlədən Fələstin və Cənubi Qafqazda baş verən toqquşmalara diqqəti çəkib.
Rəcəb Tayyib Ərdoğan 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin tanınması ilə Fələstin-İsrail qarşıdurmasının həllinə çağırıb.
O, 1947-ci illə indiki vəziyyəti əks etdirən xəritələri göstərərək, belə deyib: "Mən maraq edirəm, bu İsrail haradadır? Bu İsrailin topraqları haraları əhatə edir? 1947-ci ildə haradaydı, 1948-67-ci illərdə sərhədləri hara çəkdilər və indi hardadır?".
Türkiyə Prezidenti İsrailin fələstinlilərə qarşı törətdikləri cinayətləri sərt şəkildə pisləyib.
"Əgər dünya ictimaiyyətinin vicdanı İsrail ordusu tərəfindən Fələstinli qadının öldürülməsi qarşısında susursa, o zaman bəşəriyyət mənəviyyatsızlığın ən yüksək zirvəsini yaşayır", - o deyib.
Qarabağ münaqişəsindən danışan Ərdoğan bildirib ki, dünya digər məsələlərdə olduğu kimi, bu məsələdə də adil davranmayıb: "Azərbaycan torpağı olan Yuxarı Qarabağ və ətrafının BMT tərəfindən alınmış qərara nəzərən, hələ də işğal altında qalması qəbuledilməzdir”.
Ərdoğan daha sonra BMT-nin qətnamələrinin həyata keçirilməməsinə daha bir nümunə kimi Kəşmir problemini göstərib: "Hardadır axı bu BMT-nin Təhülkəsizlik Şurası, onun qəbul etdiyi qətnamələri? Əgər bunlar həyata keçmirsə, o zaman bu qurum hardadır? Nəyə lazımdır bu qurum?".
Türkiyə prezidenti Suriyada baş verənlərə də diqqəti çəkib:
“Bu gün Türkiyə 5 milyon qaçqına ev sahibliyi edir. Bu qaçqınların 3 milyon 600 mini Suriyadan gələnlərdir. Qaçqınlar üçün 40 milyard dollar xərcləmişik. Türkiyə Aralıq dənizində həyatını itirən körpə Aylanı tez unutdu. Biz bu ilin 8 ayında 32 min qaçqını Aralıq dənizində boğulmaqdan qurtardıq. Ancaq bütün bunlarla bərabər, ümumilikdə Türkiyədə 5 milyon qaçqın var. Suriyadan qaçanlar arasında PKK terror təşkilatının Suriya qolu PYD/YPG və Suriya rejiminin nəzarətindəki torpaqlara dönən olmayıb. 365 min suriyalı Türkiyənin Suriyada azad etdiyi torpaqlara dönüb. Suriyada sülh təmin olunduqda suriyalılar da torpaqlarına dönəcək”.
Türkiyə Prezidenti İranla bağlı rasional çözümü arzuladıqlarını vurğulayıb: “İsrailin Fələstin torpaqlarını işğal altında saxlanması da ciddi bir problemdir. BMT kürsüsündən soruşuram, İsrailin torpaqları hansı əraziləri əhatə edir? 1947-ci ildə, 1967-ci İsrailin torpaqları hara idi, indi İsrailin nəzarətindəki torpaqlar hansı ərazilərdir? Tarixi xəritələrə baxsaq, ötən dövrdə İsrail böyüyüb, Fələstin kiçilib. Artıq Fələstin torpaqları yox kimidir. İsrail dayanırmı? Xeyr. BMT-nin İsraillə bağlı qərarları niyə yerinə yetirilmir? O halda ədalət necə bərqərar olacaq. Problemin həlli 1967-ci il sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds olan bir Fələstin dövlətinin qurulmasıdır. Bundan kənar hər hansı sülh planı ədalətli ola bilməz. Şərqi Qüds İsrail torpaqlarına daxil deyilsə, bu torpaqlar niyə işğal olunur? Bunlar dünyanı qana bulamaqmı istəyirlər? Türkiyə bundan sonra dla məzlum Fələstin xalqının yanındadır”.