Pakistanla Hindistan arasındakı sərhəd zonasında dünən baş vermiş 6,3 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb, 646 nəfər yaralanıb.
Bu barədə TASS ölkənin Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli İdarəsinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, təbii hadisə nəticəsində 454 ev tamamilə və qismən dağılıb.
"Fövqəladə vəziyyət nəticəsində Mirpur və Bhimder şəhərlərini birləşdirən körpü dağılıb", - deyə idarədən bildirilib.
Qeyd edək ki, yeraltı təkanlar Pakistanın şimal və şimal-şərqində, o cümlədən paytaxt İslamabad şəhərində hiss olunub.