Son günlərdə ən çox müzakirə edilən mövzulardan biri də siyasət adamı olan Fuad Qəhrəmanlının ailsənidə baş verən hadislərdir. Hər məsələdə olduğu kimi, bu dəfə də fərqli rəylər səsləndi: bəziləri “üsyankar” qızı, bəziləri isə “zalım” atanı qınadılar. Müzakirələri siyasi müstəviyə keçirənlər də oldu. Əlbəttə ki, kiminsə ailə məsələsinə, şəxsi həyatına müdaxilə təqdir oluna bilməz. Biz də bilavasitə fərdlərə deyil, hadisəyə ümumiləşdirilmiş, bir qədər fərqli rakursdan fikir bildirmək istərdik.