Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə hesab edir ki, Azərbaycanda məscid, pir, ziyarətgah, ibadətgahlarda və yol kənarlarında qoyulan nəzir qutuları yığışdırılmalıdır. "Bu gün Azərbaycanda hansısa yerlərdə nəzir qutularının olması qəbuledilməz haldır", çərşənbə axşamı Trend News-a eksklüziv açıqlamasında QMİ sədri Paşazadə bildirib.