Bakı və Xəzəryanı yepiskopu Aleksandr çərşənbə günü Bakıda jurnalistlərə bildirib ki, Dağıstan ərazisindəki vəziyyət narahatlıq yaradır.
Onun sözlərinə görə, Dağıstanın cənubundakı quldur dəstələrinin qanuna zidd hərəkətləri təşviş doğurur və bu, Azərbaycan üçün böyük təhlükə yaradır; bu hərəkətlər onun sərhədləri yaxınlığında baş verir.
"Bu bizə xoş gəlmir. Əvvəllər hadisələr Dağıstanın şimalında baş verirdisə, bu gün respublikanın cənubunda baş verir və bura Azərbaycana yaxındır. Deməli, belə qruplaşmalar ölkədəki stabilliyi pozmaq üçün, Azərbaycan ərazisində də meydana gələ bilər", - deyə yepiskop bildirib. // Trend