Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hesab edir ki, ölkədəki radikal dini qüvvələrin arxasında xarici təsirlər dayanır. "Azərbaycanda ənənəvi olaraq, bu tipli radikal dini qruplaşmalar yaranmayıb. Bu, bəzi hallarda xaricdən istiqamətlənib", - TrendNews-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elçin Əsgərov bildirib.