POPULYARXƏBƏRLƏR

Azərbaycanda dövlətin idarəçilik formasını qəbul etməyən radikal dini qüvvələr var -Dövlət Komitəsinin sədr müavini

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hesab edir ki, ölkədəki radikal dini qüvvələrin arxasında xarici təsirlər dayanır. "Azərbaycanda ənənəvi olaraq, bu tipli radikal dini qruplaşmalar yaranmayıb. Bu, bəzi hallarda xaricdən istiqamətlənib", - TrendNews-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elçin Əsgərov bildirib.

Əsgərov deyib ki, dini radikal qruplara kömək edən, onları istiqamətləndirən qüvvələr ayrı - ayrı dövlətlərə bağlı deyillər, transmilli qüvvələrdir. "Bəzən bu və digər radikal qrupların fəaliyyəti hansısa ölkənin maraqlarına uyğun gələ bilər. Eyni zamanda, ola bilər ki, hansısa dövlət, maraqlarına uyğun olduğuna görə, həmin qüvvəyə kömək etsin",- Əsgərov əlavə edib.

Onun fikrincə, Azərbaycanda radikal dini qüvvələr olsa da, onların sayı çox azdır. Əsgərov deyib ki, bölgə ölkələri arasında dini radikal qüvvələrin az olduğu dövlət Azərbaycandır.

"Hətta Qərbi Avropa və Amerika cəmiyyətləri ilə müqayisədə, Azərbaycanda bu cür radikal meyllərin təsirinə düşən insanlar azdır. Çox olmasa da, belə qüvvələr var. Hətta onlar Azərbaycanın mövcud dövlət idarəçilik formasını qəbul etməmək həddinə qədər radikal olurlar. Lakin onlar bir o qədər də böyük problem və gərginlik yaratmırlar. Çünki onlar hüquq-mühafizə orqanları tərəfindən nəzarətdə saxlanılır və lazım gələndə, onların fəaliyyətlərinin qarşısı alınır".

"Meşə qardaşları" ilə bağlı məsələyə aydınlıq gətirən Komitə nümayəndəsi qeyd edib ki, bu icma deyil, qruplaşmadır. Onun sözlərinə görə, bu cür qruplaşmalar dövlət qeydiyyatı üçün müraciət etmirlər: "Vaxtilə bu cür qruplaşmalar olub və məhkəmə məsuliyyətinə cəlb ediliblər. Belə qruplaşmaların sayı çox deyil".

Əbu -Bəkr məscidinin bağlanması ilə bağlı müraciəti yalnız mətbuatdan oxuduğunu deyən Əsgərov əlavə edib ki, bir qrup şəxsin rəyi ilə məscidin bağlanıb - bağlanmaması haqqında qərar qəbul edilmir.

"Hər hansı bir məscidin icmasının fəaliyyəti yalnız məhkəmənin qərarı ilə dayandırıla bilər. İctimai təhlükə və başqa səbəb olarsa, hər hansı məscidin bağlanılması qərarı qəbul edilə bilər. Hətta bu, məscidin icması ilə əlaqədar olmaya da bilər. İcmanın fəaliyyətinin dayandırılması və məscidin bağlanması ayrı - ayrı məsələlərdir", - deyə o əlavə edib. // Trend



Yerləşdirilib:12 Sentyabr, 2008  00:11, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com