Hindistanın Kəşmir vilayətində cümə namazından sonra ibadətə gələnlərlə polis arasında toqquşma olub. Hindistan əleyhinə keçirimiş nümayiş zamanı etirazçılar 'biz azadlıq istəyirik' şüarları səsləndiriblər.
Kəşmirin Hindistana aid olan hissəsinin əsas şəhəri olan Srinaqarda keçirilmiş nümayişdə etirazçılar polisə daşlar atıblar. Polis nümayişi yatırmaq üçün rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib.
Qeyd edək ki, Kəşmirdə yaşayan müsəlman əhali ya Hinduizmin üstünlük təşkil etdiyi Hindistandan ayrılaraq müstəqil olmağı, ya da İslam ölkəsi olan Pakitsanla birləşmək istəyir. Kəşmirin separatist liderləri Hindistandakı ümummilli seçkiləri baykot etməyə çağırıblar. Kəşmirdə seçicilərin sayı 95 milyona bərabərdir. Bütün Hindistan üzrə isə səsvermə hüququ olan vtəndaşların sayı 700 milyondan artıqdır. Xatırladaq ki, seçkilər hesablama və təhlükəsizliklə əlaqədar 5 mərhələdə keçirilir. Hökümət seçkiləri poza biləcək istənilən zorakılığa yol verəməmk üçün 5 nəfərdən artıq insanın bir yerə toplaşmasını qadağan edib. /ANS TV/