Səudiyyə Ərəbistanında qeyri-adi gözəllik müsabiqəsi keçirilir. 200 qızın iştirak edəcəyi yarışın adı "Daxili gözəllik müsabiqəsi"dir.
Müsabiqənin təşkilatçısı Xadra əl-Mübarək bildirib ki, müsabiqə bu məqsədlə yaradılmış düşərgədə keçiriləcək və 10 həftə davam edəcək. Müsabiqə müddətində qızların bütün hərəkətləri nəzarət altında olacaq və münsiflər heyəti də buna görə yarış iştirakçılaraına bal verəcək. Müsabiqənin keçirildiyi düşərgəyə kişilərin girməsi və kamera keçirmək qadağandır. Qalibə 2600 dollar pul mükafatı və müxtəlif hədiyyələr veriləcək. İkinci və üçüncü yerin sahibləri isə hər biri 1300 dollar alacaq.