Bu gün Liviyanın Sirte şəhərində Ərəb Birliyinin sammiti öz işinə başlayıb. APA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, zirvə görüşünə qonaq qismində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da qatılıb.
Bütün ermənilərin katolikosu II Kareginin Azərbaycanda keçiriləcək Dünya Dini Liderlərinin Bakı Sammitinə qatılı-qatılmayacağı yaxın günlərdə məlum olacaq.
Türkiyənin Azərbaycandakı səfirliyinin dini işlər müşaviri Müzəffər Şahinin səlahiyyət müddəti başa çatır. Bu barədə APA-ya açıqlamasında M. Şahin özü bildirib. Dini işlər müşavir səlahiyyət müddətinin aprelin 20-də bitdiyini deyib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Moskva və Bütün Rusiyanın patriarxı Kirillə Moskva metrosunda baş vermiş terrorla əlaqədar başsağlığı məktubu göndərib.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə 31 mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə dünya ictimaiyyətinə müraciət edib.