Türkiyənin Azərbaycandakı səfirliyinin dini işlər müşaviri Müzəffər Şahinin səlahiyyət müddəti başa çatır. Bu barədə APA-ya açıqlamasında M. Şahin özü bildirib. Dini işlər müşavir səlahiyyət müddətinin aprelin 20-də bitdiyini deyib.
Onun sözlərinə görə, dini işlər müşavirlər üç il müddətə fəaliyyət göstərirlər: "Əgər məsləhət bilinərsə, mən daha bir il Bakıda qalıb fəaliyyət göstərə bilərəm. Məsləhət olmazsa, müddətim bitəndən sonra geri qayıdacağam" .