POPULYARXƏBƏRLƏR

Ərdoğan Ərəb Birliyinin sammitində İsraili sərt tənqid edib

Bu gün Liviyanın Sirte şəhərində Ərəb Birliyinin sammiti öz işinə başlayıb. APA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, zirvə görüşünə qonaq qismində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da qatılıb.

Dəvətə və qonaqpərvərliyə görə Liviya lideri Müəmmər Qəddafiyə təşəkkürünü bildirən Ərdoğan türklərlə ərəblərin ortaq tarixə, mədəniyyətə və inanca malik olduğunu vurğulayıb: "Tarix və inanclarımız bizi bir-birimizə dost deyil, qardaş edib. Biz bu bölgənin böyük və şərəfli tarixini birgə yazmışıq. Bölgənin gələcəyini də birlikdə yazacağımıza kimsə şübhə etməsin".

Ərəb dövlətlərini birliyə çağıran Ərdoğan daha sonra bölgənin əsas probleminə - Fələstin münaqişəsinə toxunub. Bu xüsusda o, İsrailin ünvanına sərt tənqidlər səsləndirib: "Qüds islam dünyasının göz bəbəyi, ilk qibləsidir. İsrailin Qüdsə və digər müqəddəs məkanlara hücumları əsla qəbul edilə bilməz. Şərqi Qüdsdə 600 min yeni mənzilin inşasına başlanması da məqbul durum deyil. İsrail daxili işlər nazirinin Qüdsü paytaxt elan etməsi çılğınlıqdır. Bu, bizi qorxuda bilməz və yalnız İsrailin özünütəcridinə səbəb olar".

Türkiyənin baş naziri İsraili təkcə beynəlxalq hüququ deyil, insani duyğuları, tarixi və vicdanı tapdalamaqda ittiham edib: "Qüds yandıqca Fələstin, Fələstin yandıqca Orta Şərq, Orta Şərq yandıqca isə dünyamız sülh və barışa çata bilməz. "Əl-Fətih" və "HƏMAS" başda olmaqla fələstinli qardaşlarımızın Fələstinin birliyi üçün atacağı addımları dəstəklədiyimizi bəyan edirəm. Günümüz oturub ağlamaq, göz yaşı tökmək və baş verənləri tribunalardan izləmək günü deyil, ittifaq və sülhü təmin etmək günüdür. Bizə islamofobiya yarlığını yapışdırmaq istəyənlər isə insanlıq suçu işləyəcəklər".

Qeyd edək ki, Liviya lideri Müəmmər Qəddafi və Ərəb Birliyinin baş katibi Əmir Musa Ərdoğanın çıxışını ayaq üstə alqışlayıb.




Yerləşdirilib:11 Aprel, 2010  10:31, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com