POPULYARXƏBƏRLƏR

Şeyxülislam Hacı Allahşükür Paşazadə 31 mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə dünya ictimaiyyətinə müraciət edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə 31 mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə dünya ictimaiyyətinə müraciət edib.

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Allahşükür Paşazadə Azərbaycan dindarlarının iradəsini ifadə edərək, dinindən, dilindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq dünyanın bütün sülhpərvər insanlarına müraciət etdiyini, Azərbaycan xalqının son yüzillik tarixində üzləşdiyi müsibətləri bəyan etmək istədiyini bildirib: "Bu bir acı həqiqətdir ki, XX əsr ərzində Azərbaycan xalqı şanlı müstəqillik tarixi yaşamaqla yanaşı, mənfur düşmənlərin məqsədli şəkildə törətdikləri vəhşi qətliamlar səbəbindən on minlərlə övladını qurban verib. Xalqımıza qarşı məkrlə düşünülmüş, xaincəsinə cızılmış plan əsasında xüsusi qəddarlıqla həyata keçirilmiş soyqırım cinayətləri bütün bəşər tarixinə qara ləkədir. Azərbaycanın əzəli, əbədi torpaqlarına tarixən xaincəsinə göz dikmiş, bir əsrdə azərbaycanlılara qarşı iki dəfə qətliam törətmiş mənfur erməni ekstremistləri və onların havadarlarının əməllərinə heç bir bəraət ola bilməz. Xüsusi amansızlıqla, silahsız, dinc əhaliyə qarşı, uşaq, qadın, qocalara məhəl qoyulmadan gerçəkləşdirilmiş, bütöv kənd, şəhər və yaşayış məskənlərinin, maddi və mənəvi irsin məhv edilməsi ilə müşayiət olunmuş soyqırımı aktları xalqımızın yaddaşında dərin iz qoyub. Azərbaycanın bir çox yerlərində 92 il bundan əvvəl – 1918-ci ildə törədilmiş ağlasığmaz soyqırımı cinayətlərinin qanlı izləri, kütləvi insan qəbiristanlıqları mövcuddur. Bu yaxınlarda Qubada aşkar edilmiş kütləvi məzarlıq buna əyani misaldır".

Müraciətdə qeyd olunur ki, xəyanətkar xislətindən tarix boyunca dəfələrlə sui-istifadə olunmuş erməni ekstremistlərinin əməllərinə beynəlxalq hüquq müstəvisində qiymət verilməlidir: "Bəşəri cinayətlərə münasibətdə siyasi konyukturalara uyma, ikili standartlar mövqeyindən yanaşma, qərəzli təhrif və ya biganəlik nümayiş etdirilməsi qətiyyən yolverilməzdir. Bu yalnız və yalnız bəşəriyyət əleyhinə cinayətlərə daha da rəvac verilməsinə xidmət edə bilər. Cəzasızlıq yeni cinayətlərə sövq edir. Bariz misal kimi, erməni ekstremistlərinin cəzasızlıqlarından istifadə edərək Azərbaycanın 20 faiz ərazisini işğal etməsini, dinc əhalini qətlə yetirməsi, milyondan artıq əhalini öz doğma yurdundan didərgin salmasını, BMT-nin qətnamələrinə saymamazlıq nümayiş etdirilmələrini göstərmək olar".

Allahşükür Paşazadə dini xadim bu məsələlərin mənəvi-əxlaqi tərəfini xüsusi vurğulayıb: "Bütün səmavi dinlər müqəddəs dəyər olan insan həyatına edilən qəsdi bağışlanmaz günah sayır. Bir günahsız insanın məhvini bütün bəşəriyyətə qarşı cinayət kimi dəyərləndirən dini mənəviyyatımız soyqırımı törətmişlərin ağır mənəvi məsuliyyətini önə çəkir. Bəşəriyyət belə halların bir daha təkrarlanmaması üçün onları qətiyyətlə pisləməli, insan sifətini itirmiş qatillərin əməllərini lənətləməli, ədalət mühakiməsi quraraq , bəşər əleyhinə cinayətlər törətmiş caniləri damğalamalıdır. Dünya ictimaiyyəti azərbaycanlıların soyqırımına məruz qalmasına dair tarixi arxivlərdə mövcud acı həqiqətlər barədə doğru-düzgün məlumata malik olmalıdır. Belə ki, Azərbaycan erməni ekstremistlərinin təcavüzünün qurbanı olmaqla yanaşı, erməni lobbilərinin bütün dünyaya car çəkdiyi dezinformasiyaların da qurbanıdır. Bu ölkə özünün "tarixi əzabkeşliyi" barədə mifi addımbaşı ona görə istifadə edir ki, özünün törətdiyi vəhşiliklərə, qanlı faciələrə, Azərbaycana qarşı hərbi müdaxiləsi, torpaqlarımızın istilasına dünya ictimaiyyəti qarşısında haqq qazandırsın".

QMİ sədri müraciətində müasir dünyada əsl deyil, qondarma soyqırımlarla bağlı qayğılananların sıralarının genişlənməsi təəssüflə qeyd edib: "Beynəlxalq aləmdə saxta soyqırımların tanınması, soyqırım törətmişlərin "soyqırım qurbanları" kimi qələmə verilməsi yönündə meyllər bizi hədsiz narahat edir. Yaxın tarixdə - 1992-ci ildə Azərbaycan xalqının yaşadığı Xocalı qətliamına hüquqi-siyasi qiymət verilməsi ilə bağlı illərdir etdiyimiz müraciətlər hələ ki bir nəticə vermir. Bütün bunlara rəğmən, biz inanırıq ki, dünya soyqırımlara məruz qalmış Azərbaycan xalqının haqq səsinə biganə qalmayacaq, onun haqq işinin zəfər çalmasına, tarixi ədalətin bərpasına yardımçı olacaq. Ümidvarıq ki, Azərbaycan həqiqətlərinin dünyaya yayılması qəsbkar dövlət olan Ermənistanın əsl simasının açılmasına yardım göstərəcək, onun genosidlər törədən, özgə torpaqlarına göz dikən terrorçu dövlət kimi tanınmasına rəvac verəcəkdir. Biz bütün dünya ictimaiyyətini Azərbaycan xalqının faciələrinə biganə qalmamağa, bizə qarşı törədilmiş dəhşətli soyqırımı aktlarına prinsipial hüquqi qiymət verməyə, Qarabağ münaqişəsinin ədalətli həllində bizimlə həmrəy olmağa, haqq səsimizə səs verməyə çağırırıq. Qoy Rəbbimiz doğrunu yanlışdan seçməkdə sizlərə yardımçı olsun və Mərhəmətini üzərimizdən əsirgəməsin. Amin!"



Yerləşdirilib:6 Aprel, 2010  20:04, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com