Əfqanıstanda Müstəqil Seçki Komissiyası, sentyabrın 18-də keçirilən parlament seçkilərində verilən səslərin təxminən dörddə birinin etibarsız sayıldığını açıqlayıb. Rəsmi nəticələrin noyabr ayının ortalarında açıqlanması gözlənilir. Seçkilərdə təxminən 2 min 500 namizəd, parlamentdəki 249 yer uğrunda mübarizə aparmışdı.