Misir Silahlı Qüvvələrinin Ali şurasına müdafiə və hərbi sənaye naziri general-feldmarşal Məhəmməd Hüseyn Tantavi rəhbərlik edir.
Qeyd edək ki, prezident Hüsni Mübarək hakimiyyəti məhz Silahlı Qüvvələrinin Ali şurasına təhvil verərək istefa verib. Beləliklə, Misirin yeni rəhbəri general-feldmarşal Məhəmməd Hüseyn Tantavidir.
Ordunun tezliklə xüsusi bəyanatla çıxış etməsi gözlənilir.