Dünən səlahiyyətlərinin bir hissəsini vitse-prezident Ömər Süleymana təhvil verən Misir prezidenti Hüsnü Mübarək ailəsi ilə birlikdə paytaxt Qahirəni tərk edib.
APA-nın məlumatına görə, bu barədə "Al-Arabia" telekanalı xəbər yayıb. Telekanalın xəbərində bildirilir ki, Mübarək şəhər kənarındakı hərbi aviabazadan naməlum istiqamətdə hərəkət edib. Telekanal bu məlumatı haradan aldığını açıqlamayıb.
Xatırladaq ki, dünən prezident Konstitusiyaya uyğun olaraq öz səlahiyyətlərinin bir hissəsini vitse-prezident Ömər Süleymana təhvil verib və bununla da sentyabra kimi – ölkədə növbəti prezident seçkiləri keçirilənədək öz postunda qalmağı reallaşdırmış olub.