Əgər Fransa parlamentində qondarma erməni soyqırımını inkar edənlərə qarşı cəzaların tətbiqinə icazə verən təklif təsdiq edilərsə, o zaman Azərbaycan tərəfi də buna adekvat addımlar atacaq. Bunu SalamNews-a açıqlamasında Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa bildirib.