Rusiyanın hərbi gəmiləri Suriyanın Tartus limanına daxil olublar
SalamNews-un "İnterfaks"a istinadla verdiyi xəbərə görə, gəmilər burada 6 gün qalacaqlar. Suriya KİV-i bu addımı rəsmi Moskvanın Dəməşqlə həmrəyliyi kimi qiymətləndirir.
Rusiya hərbçilərindən biri bildirib ki, gəmilərin Suriya limanına daxil olması iki ölkə arasında əlaqələrin daha da yaxınlaşmasına yardım edəcək.
Qeyd edək ki, daha öncə Rusiyanın Hərbi Dəniz Donanmasının Baş Qərargahından verilən açıqlamada gəmilərin bir neçə hərbi təlimdə iştirak edəcəkləri haqda açıqlama verilib.