Azərbaycanın Qəhirədəki səfirliyi hazırda öz fəaliyyətini əvvəlki rejimdə davam etdirir. Bu barədə SalamNews-a Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Elman Ebdulayev.
O deyib: “Qəhirədə toqquşma baş verib, lakin heç bir azərbaycanlı xəsarət almayıb. Bununla əlaqədar Azərbaycan səfirliyi ölkədə yaşayan həmvətəndaşlarına ehtiyatlı və diqqətli olmalarını tövsiyə edib”.
Onun sözlərinə görə, hazırda səfirlikdə Azərbaycanın 80 vətəndaşı qeydiyyatdan keçib. Onlardan bir çoxu Ayn-Şəms Universitetinin tələbələridir. Səfirlik azərbaycanlı tələbələrə təhlükəsizlik məqsədi ilə dərslərdə iştirak etməməyi məsləhət görüb”.