Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılan ilahiyyatçı Abgül Süleymanovun məhkəməsinin vaxtı bəlli olub.
Vəkil Anar Qasımlı SalamNews-a bildirib ki, məhkəmə prosesi mayın 11-də, saat 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək. Proses hakim Mayıl Bayramovun sədrliyi ilə olacaq.
Xatırladaq ki, ruhani Hacı Abgül Süleymanov avqust ayının 11-də Lahıcda qayınatasının evində olarkən həbs olunub. O, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə şübhəli şəxs qismində saxlanılıb.