Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu BMT Təhlükəsizlik Şurasında Türkiyəyə müvəqqəti sığınan suriyalı qaçqınların vəziyyəti ilə bağlı məlumat verəcək.
İran silahlı qüvvələrinin baş qərargahının rəisi general Həsən Firuzabadi ABŞ hökuməti əleyhinə məhkəmə iddiası qaldıracağını bildirib. Səbəb Firuzabadinin ABŞ-a daxil olması qadağan olunan şəxslər siyahısına salınmasıdır.
Türkiyə hakimiyyəti Suriyada qarşıdurmanın alovlanmasında günahkardır. Suriya prezidenti Bəşər Əsəd yerli «Əd-Dünya» telekanalına müsahibəsində belə bəyanatla çıxış edib.