Tehranda Qoşulmama Hərəkatına üzv olan ölkələrin dövlət başçılarının XVI sammiti işı başlayıb.
SalamNews-un MehrNews-a istinadən verdiyi xəbərə görə, iclas zamanı Misir Prezidenti Məhəmməd Mursinin Qoşulmama Hərəkatı sədrliyini İran Prezidenti Mahmud Əhmədinejata ötürəcəyi planlaşdırılır.
Sammitin təntənəli açılış mərasimində İran İslam İnqilabının Ali lideri ayətullah Seyid Əli Xamenei çıxış edəcək, həmçinin İran və Misir prezidentlərinin çıxış edəcəkləri gözlənilir.
Böyük əhəmiyyətli beynəlxalq tədbir olan sammiti 1000-ə yaxın yerli və xarici jurnalistlər və operatorlar işıqlandırır.