Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının (QH) XVI Sammitində iştirak etmək üçün Tehranda səfərdədir.
Bu barədə SalamNews-un ABNA-ya istinadən verdiyi xəbərdə bildirilir.
Tehranda QH-nın 129 xarici nümayəndə heyəti, o cümlədən 24 prezident, 3 kral, 8 baş nazir, 9 vitse-prezident, 2 parlament spikeri, 9 prezidentin xüsusi nümayəndəsinin, xarici işlər nazirlərinin iştirak etdiyi XVI Sammiti keçirilir.