Vatikanda keçirilən son sinod zamanı Avropada müsəlman mühacirətindən bəhs edən təxribat xarakterli rolik yayılıb. İslam.az-ın “İslam News”a istinadla verdiyi xəbərə görə, “Müsəlman demoqrafiyası” adlı film 2009-cu ildə lentə alınıb.
Gələn ay bir Günəş və bir qismən Ay tutulması olacaq. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən xəbərə görə, Günəş tutulması noyabrın 14-də Bakı vaxtı ilə saat 23.39-da baş verəcək və saat 04.44-ə qədər davam edəcək.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə “Dədə Qorqud” Milli Xeyriyyəçilik Fondunun prezidenti Eldar İsmayılovu qəbul edib.
Türkiyənin Hatay vilayətinin Altınözü bölgəsindəki Hacıpaşa kəndinə Suriya tərəfindən atılan artilleriya mərmisi düşüb. Mərmi çaya düşdüyü üçün tələfat olmayıb.
Bir gün Imam Əli (ə) namaz qılmaq üçün Kufə məscidinə gəlmişdi. Məscidin qabağına çatanda dəvəsindən düşdü, ətrafına baxıb kasıb qiyafəli bir adam gördü. Onu yanına çağırdı, tapşırdı ki, namazını qılıb çıxana kimi dəvəyə baxsın.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdogan ilə görüşüb.
"Taliban" terrorçu qruplaşmasının yaraqlıları Əfqanıstan ərazisində NATO hərbi bazasına hücum edərək, sursatların saxlandığı anbarda partlayış törədib.