"Taliban" terrorçu qruplaşmasının yaraqlıları Əfqanıstan ərazisində NATO hərbi bazasına hücum edərək, sursatların saxlandığı anbarda partlayış törədib.
Alyansın mətbuat xidmətinin məlumatına görə, 10-ə qədər NATO hərbçisi hadisə yerində həyatını itirib. İslam.az-ın Rusiya mətbuatına istinadla verdiyi xəbərə görə, ölənlər arasında əfqan hərbçilərinin də olduğu bildirilir.
Qeyd edək ki, bundan öncə NATO işğalçı qüvvələrinin Əfqanıstan ərazisində keçirdiyi əməliyyatlar zamanı əfqanıstanlı uşaqlar qətlə yetirilmişdi.