Türkiyədə “Koka-Kola” şirkətinin “Halal” sertifikatı almaq müraciətinə rədd cavabı verilib.
İslam.az-ın “Dini xəbərlər”ə istinadla verdiyi xəbərə görə, bunu “Halal” qida sertifikaları ilə əlaqədar çıxış edən Türkiyə Standartları İnstitutunun direktoru Hulusi Şentürk bildirib.
“Şirkət bizə müraciət etdi, halal qida sertifikatı almaq istədiyini söylədi. Biz də məhsulun düsturunu istədik, lakin onlar vermədilər. Biz də, təbii ki, “halal sənədi” onlara təqdim edə bilmədik. Amma bu firma istədiyini Malayziyadan əldə etdi”, - H.Şentürk deyib.