Bu il Çindən rekord sayda müsəlman Həccə yola düşüb.
İslam.az-ın “Ansar”a istinadla verdiyi xəbərə görə, Müqəddəs ziyarətin qiyməti çinlilər üçün 30 min yuan (4768) dollar təşkil edib.
Qeyd edək ki, 2007-ci ildə bu ölkədən Səudiyyə Ərəbistanına gedən zəvvarların sayı ilk dəfə 10 mindən çox olub. Bu il isə Həccə Çindən 13800 dindar yollanıb.