Suriyadakı diktator və despot rejimi yolun sonuna çatıb.
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Ekmələddin İhsanoğlu bəyan edib. O, bir müddət əvvəl Ciddədə İƏT-nın baş qərərgahını ziyarət edən Ərəb BirliyininBaş katibi Nəbil əl-Ərəbi ilə keçirdiyi ikitərəfli görüşdən danışıb.
Görüşdə Suriya, Fələstin və Yəmən başda olmaqla bölgədəki problemləri müzakirə etdiklərini söyləyən E.İhsanoğlu deyib: ''Bu mövzu ilə əlaqədar Ərəb Birliyi ilə müşavirələr aparırıq. Mərakeşdə keçirilən Suriya xalqının dostları konfransında müzakirə edilən mövzuları bir bir dəyərləndirdik. Xalqına qarşı ağır silahlar, təyyarələr, helikopterlərlə hücum edən diktator və despot rejimi artıq yolun sonuna çatıb”.