BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Lahdar İbrahiminin Suriya prezidenti Bəşər Əsədin növbəti prezident seçkilərinədək, yəni 2014-cü ilədək hakimiyyətdə qalması ilə bağlı təşəbbüsü barədə xarici mətbuatda yayılmış məlumat əsassızdır. İslam.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu bəyanatla BMT-nin mətbuat xidməti çıxış edib.