İslam.az-ın “Suriyada baş verən hadisələri necə dəyərləndirirsiniz?” mövzusunda keçirdiyi sorğuya yekun vurulub.
Saytımızın Azərbaycan bölməsində sorğuya 75, rus bölməsində isə 43, ümumilikdə 118 nəfər qatılıb.
Verilən suala cavablar aşağıdakı kimi bölünüb:
ABŞ və İsrailin Yaxın Şərqdə təsir çevrəsini genişləndirmək planının tərkib hissəsi – 60 səs
Müsəlmanlara qarşı yönələn təcavüz - 28 səs
İranın müttəfiqini zərərsizləşdirmək cəhdi – 21 səs
Xalqın azadlıq hərəkatı – 9 səs
Hörmətli oxucular! Sizi növbəti sorğuya qatılmağa dəvət edirik. Sual belədir: “Dağlıq Qarabağ probleminin bu günə qədər həll edilməməsinin əsas səbəbi nədir?”.
1.Ermənistanın güclü olması
2.Rusiyanın Ermənistana yardım etməsi
3.Qərbin ikili standartlar yürütməsi
4.Beynəlxalq dairələrin Azərbaycana göstərdiyi təzyiq
5.Sülh danışıqlarının həddindən artıq uzanması
Xatırladaq ki, sorğu bölməsi səhifəmizin sol tərəfində aşağıda, yeni kitablar blokundan sonra yerləşir. Əvvəlcədən hər birinizə rəy bildirdiyinizə görə təşəkkür edirik.