İsrailin NATO fəaliyyətlərinə qoşulmasına yönəlik vetonu, bəzi şərtlərimiz qəbul edildikdən sonra qismən yüngülləşdirdik.
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib.
İki ildir NATO-nun davamlı olaraq Türkiyədən İsrailə yönəlik vetonu ləğv etməsini istədiyini vurğulayan Ə.Davudoğlu deyib: "Biz İsrailə 3 təməl maddədən qətiliklə imtina etməyəcəyimizi bildirdik və bu mövqeyi heç bir zaman dəyişmədik. Ən axırda NATO Baş katibi Türkiyənin bu 3 prinsipini əsas götürərək bir düstur təklif edib. Bu 3 əsas prinsip heç bir şəkildə zərər görməyəcək şəkildə tərəfdaşlıq proqramları təkrar dizayn edilib".
Türkiyənin heç bir zaman güzəştə getməyəcəyi 3 əsas prinsipi açıqlayan XİN rəhbəri deyib: "Yeni formula görə, artıq heç bir NATO fəaliyyəti İsraildə keçirilməyəcək. İsrail heç bir NATO əməliyyatına, hərbi təlimlərə qatılmayacaq. İsrail və türk silahlı qüvvələri rəsmiləri bir-biri ilə görüşməyəcək, yan-yana gəlməyəcək. Bu 3 əsas prinsipi qəbul edəcək şəkildə bütün müştərək fəaliyyətləri təkrar nəzərdən keçirdik."
Ortaqlıq proqramının yenidən dizayn edilməsi sayəsində Bosniya və Herseqovina kimi, Azərbaycan kimi, hətta Misir, Tunis, Mərakeş kimi ölkələrin də bu fəaliyyətlərdə iştirakını təmin edəcək yeni bir paket hazırlandığını qeyd edən nazir söyləyib ki, buna biz razılıq verdik, digərləri istəməsələr də buna razılıq verdilər. Biz bununla böyük diplomatik müvəffəqiyyətə imza atmış olduq.