İran öz ərazisini işğal etməkdə təcrübəsi olan ölkə kimi Dağlıq Qarabağ münaqişəsinin həll yolunu tapa bilər.
İslam.az-ın “İnterfaks- Azərbaycan” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu İran prezidentinin müşaviri, Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Məhəmməd Bağır Xürrəmşad belə söyləyib.
“İranın İraqla 8 illik müharibə təcrübəsi var. İraq bizim ərazimizi işğal etdi və bizimlə müharibəyə başladı.Biz İraqın işğal etdiyi torpaqları azad edənə qədər döyüşdük”, - deyə o bildirib.
“Digər tərəfdən İran Azərbaycan və Ermənistana qonşu ölkə olaraq bu məsələdə vasitəçi ola və ağsaqqal kimi münaqişənin həll yolunu tapa bilər. Yəni biz region ölkəsi olaraq ATƏT-in Minsk qrupundan daha səmərəli fəaliyyət göstərə və bu məsələdə nəticə əldə edə bilərik”,- deyə M.Xürrəmşad bildirb.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu 18 illik fəaliyyət müddətində heç nəyə nail olmayıb,onun fəaliyyətinin nəticələri sıfıra bərabərdir.