 | POPULYARXƏBƏRLƏR |




|
Rusiyanın "Kaspersky" təhlükəsizlik şirkəti kompüter istifadəçilərinə yeni virus barədə xəbərdarlıq edib. Şərqi Avropa və Orta Asiyada fəaliyyət göstərən "Qırmızı oktyabr" adlı yeni virus məlumat oğurluğu ilə məşğuldur. Bu barədə məlumatı islam.az fakxeber-ə istinadən yayıb.
Ətraflı| Şərhlər: 1 | Дата: 16 Yanvar, 2013
|
Dünyanın müxtəlif ölkələrində 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar tədbirlər keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Yekaterinburq və digər şəhərlərində Rusiya Azərbaycanlı Gənclər Təşkilatının regional bölməsi (AMOR), Ümumrusiya Azərbaycan Konqresi və digər diaspor təşkilatlarının iştirakı ilə konfrans, dəyirmi masa, seminar və elmi konfrans təşkil olunacaq.
Ətraflı| Şərhlər: 0 | Дата: 16 Yanvar, 2013
|
Strateji Araşdırmalar Mərkəzinin (SAM) əməkdaşları Toronto Universitetinin bir qrup magistratura və doktorantura pilləsində təhsil alan tələbələri ilə görüşüblər.
Ətraflı| Şərhlər: 0 | Дата: 16 Yanvar, 2013
|
Paris Milli Kitabxanasında saxlanan əsərlərimizin surətləri Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutuna gətirilib. İnstitut Paris Milli Kitabxanasında saxlanan Azərbaycan tarixinə, mədəniyyətinə dair 200-dən artıq materialın surətlərini, elektron variantlarını əldə edib. Bunların içərisində XX əsrin əvvəllərində Bakı şəhərində çəkilmiş fotolar, Azərbaycan tarixinə dair xəritələr və planlar, orta əsr əlyazmaları, müğənnilərin ifasında Parisdə patefona yazılmış mahnılar, Avropa səyyahlarının Azərbaycan barədə əsərləri var. Bu barədə məlumatı islam.az trend.az-a istinadən verib.
Ətraflı| Şərhlər: 0 | Дата: 16 Yanvar, 2013
|
ABŞ Milli Təhlükəsizlik Şurası bəzi KİV-lərdə Suriya prezidenti Bəşər Əsədə tabe olan hakimiyyət qüvvələrinin vətəndaşlara qarşı kimyavi silahdan istifadə etməsi barədə yayılan məlumatları təkzib edib, - islam.az deyerler.org-a istinadən xəbər verir.
Ətraflı| Şərhlər: 0 | Дата: 16 Yanvar, 2013
|
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan 8 yaşlı məktəbli qıza müsahibə verib.
Ətraflı| Şərhlər: 0 | Дата: 16 Yanvar, 2013
|
Dağlıq Qarabağla bağlı gedən danışıqlar Ermənistanın qeyri-konstruktiv yanaşması səbəbindən indi dondurulmuş vəziyyətdədir. Ancaq prinsiplər var ki, biz bu prinsiplərdən bir addım geri çəkilməyəcəyik. İslam.az SalamNews-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş nitqində deyib.
Ətraflı| Şərhlər: 0 | Дата: 16 Yanvar, 2013
|
İsveçin cənubunda bu gün səhər saatlarında yüzdən çox avtomobilin iştirakı ilə yol qəzası baş verib. Qəza nəticəsində xeyli sayda ölənlər və yaralananlar olub, - islam.az deyerler.org-a istinadən xəbər verir.
Ətraflı| Şərhlər: 0 | Дата: 16 Yanvar, 2013
|
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəsmisinin bildirdiyinə görə, BMT yanında təşkilatın rəhbərliyi bu həftə ərzində İran ilə razılığa gəlmək niyyətindədir. Söhbət İran ilə MAQATE arasında nüvə sahəsində əməkdaşlıq, habelə MAQATE müfəttişlərinin İranın uran bazalarına buraxılmasından gedir, - bu barədə İslam.az deyerler.org-a istinadən xəbər verir.
Ətraflı| Şərhlər: 0 | Дата: 16 Yanvar, 2013
|
Dünən Hələb Universitetində qış sessiyalarının ilk günündə baş vermiş ikiqat partlayışda 82 nəfər həlak olub, 160 nəfər isə yaralanıb. Bu haqda France Presse agentliyinə Hələb şəhərinin meri Məhəmməd Vəhid Əkkad bildirib.
Ətraflı| Şərhlər: 0 | Дата: 16 Yanvar, 2013
|
|
|
|
 | SONXƏBƏRLƏR |
 | XƏBƏRARXİVİ |
| « | Okt.2026 | | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | | | 1 | 2 | 3 | 4 | | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | | 26 | 27 | 28 | 29 | 30 | 31 | |
|