Strateji Araşdırmalar Mərkəzinin (SAM) əməkdaşları Toronto Universitetinin bir qrup magistratura və doktorantura pilləsində təhsil alan tələbələri ilə görüşüblər.
SAM-dan verilən məlumata görə, görüşdə Azərbaycanın regionda və dünyada rolu, Avropa İttifaqına inteqrasiya, Ermənistan-Azərbaycan münaqişəsi, neft və iqtisadiyyat, Azərbaycanda din və mədəniyyət mövzuları müzakirə olunub.
Tələbələrin görüşdə müzakirə olunan mövzularda kurs işi yazması və yazıların kitab şəklində nəşri nəzərdə tutulub.
Kanadada bir müddət əvvəl Azərbaycan Araşdırmalar İnstitutu (CIAS) təsis edilib və hazırda Toronto Universitetində Azərbaycan üzrə araşdırmalar dərs proqramı kimi tədris olunur.