Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəsmisinin bildirdiyinə görə, BMT yanında təşkilatın rəhbərliyi bu həftə ərzində İran ilə razılığa gəlmək niyyətindədir. Söhbət İran ilə MAQATE arasında nüvə sahəsində əməkdaşlıq, habelə MAQATE müfəttişlərinin İranın uran bazalarına buraxılmasından gedir, - bu barədə İslam.az deyerler.org-a istinadən xəbər verir.
MAQATE ilə İran arasında danışıqlar artıq uzun müddətdir ki, davam etdirilir. MAQATE rəhbərinin son dəfə İrana səfəri zamanıda tərəflər bu ölkənin uran bazalarına MAQATE müfəttişlərinin buraxılmasına dair razılığa gələ bilməyib. İran onların dinc nüvə enerjisindən istifadə hüquqlarının tanınmasını tələb edir.