POPULYARXƏBƏRLƏR

20 Yanvar şəhidləri dünyanın 24 ölkəsində anılacaq

Dünyanın müxtəlif ölkələrində 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar tədbirlər keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Yekaterinburq və digər şəhərlərində Rusiya Azərbaycanlı Gənclər Təşkilatının regional bölməsi (AMOR), Ümumrusiya Azərbaycan Konqresi və digər diaspor təşkilatlarının iştirakı ilə konfrans, dəyirmi masa, seminar və elmi konfrans təşkil olunacaq.

Bununla yanaşı, “Azerbaycanskiy Konqress” qəzetinin səhifələrində və digər kütləvi informasiya vasitələrində 20 Yanvar faciəsinə həsr olunmuş məqalələr dərc ediləcək. Avropanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız tərəfindən də 20 Yanvar faciəsinin iyirmi üçüncü ildönümü münasibəti ilə müxtəlif tədbirlər keçiriləcək. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM), Azərbaycan Evi, Xəzər Hannover Cəmiyyəti , “Alm.az” Cəmiyyəti tərəfindən müxtəlif tədbirlərin keçiriləcəyi gözlənilir. 12 yanvar 2013-cü il tarixində Maqdeburq şəhərində “Demokratiyanın yolları” adlı anım mərasimi həyata keçiriləcək. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə 19 yanvar 2013-cü il tarixində Frankfurt Sülh Tədqiqatları Universitetinin əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azər Babayevin “Bakı qırğını, Dağlıq Qarabağ konflikti və Sovetlərin dağılma prosesi” adlı kitabının təqdimat mərasimi keçiriləcək. 16-18 yanvar 2013-cü il tarixində İsveç siyasi elitasını məlumatlandırmaq məqsədi ilə İsveç parlamenti və İsveç Krallığı Xarici İşlər Nazirliyində dövlət rəsmiləri və parlament nümayəndələri ilə görüş nəzərdə tutulmuşdur. Həmçinin, ümumxalq hüzn günü Polşa, Macarıstan, Litva və Latviya respublikalarında da müxtəlif tədbirlər planlaşdırılıb.
Gürcüstan, Qazağıstan, Qırğızıstanda yaşayan azərbaycanlılar tərəfindən də 20 Yanvar faciəsi anılacaq. Ümumxalq hüzn günü Türkiyədə fəaliyyət göstərən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının, Yeni Azərbaycan Yardımlaşma və Kültür Dərnəyinin və digər diaspor təşkilatlarının dəstəyi ilə Ankara, İstanbul, İzmir, Kocaeli, Adana, Antalya, Edirne və digər şəhərlərdə müxtəlif tədbirlərlə yad olunacaq. Balıkesir şəhərində “Qanlı Yanvar” adlı fotosərgi keçiriləcək. 20 Yanvar faciəsinin iyirmi üçüncü ildönümü ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Dostluq Cəmiyyətinin, Amerika-Azərbaycan Ticarət Palatasının, Azərbaycan Nyu-York Asossiyasiyasının və digər diaspor təşkilatlarının dəstəyi ilə qeyd olunacaqdır. Bununla yanaşı 20 Yanvar faciəsi Kanadanın altı şəhərində də anım mərasimləri, konfranslar, fotosərgilərlə yad ediləcək. Avstraliyada fəaliyyət göstərən Avstraliya Azərbaycan-Türk Dostluq Cəmiyyəti 20 Yanvar hadisələrinin iyirmi üçüncü ildönümü münasibəti ilə konfrans, fotosərgi, dəyirmi masanın keçiriləcəyi gözlənilir. 20 Yanvar faciəsinin iyirmi üçüncü ildönümünə həsr olunmuş tədbirlərin dünyanın digər ölkələrində də keçirilməyi nəzərdə tutulur.



Yerləşdirilib:16 Yanvar, 2013  16:58, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com