POPULYARXƏBƏRLƏR

Allah zalımla məzluma eyni cəza verəcəkmi?

Hörmətli oxucular! İslam.az-ın elektron poçtuna daxil olan məktubları və  FB səhifəsində yazılan şərhləri əsas götürərək yeni bir rubrika – “Quranı anlayaq”la görüşünüzə gəlmək qərarı verdik. Bu rubrikada Quran ayələrinin qısa, dolğun və sadə üslubda təfsiri diqqətinizə təqdim olunacaq. İlk olaraq “Əraf” surəsinin 38-ci ayəsinin izahını təqdim edirik. Bir müddət öncə İnternet məkanında bu ayədə Allahın zalımlarla məzlumlara eyni cəzanı verəcəyindən söz açılmasına dair iddialar yer aldı. Əcəba, mərhəmətlilərin ən Mərhəmətlisi, ədalətlilərin ən Ədalətlisi zalımla məzluma eyni cəzanı verərmi?

 

Əraf surəsi 38-ci ayəsinin təfsiri

 

"(Allah qiyamət günü onlara) buyuracaq: “Sizdən əvvəl gəlib-getmiş (kafir) cin və insan tayfaları ilə birlikdə  Cəhənnəmə girin!” Hər bir tayfa girdikcə (özündən əvvəlki ) dindaşına və tayfadaşına (onu doğru yoldan azdırdığı üçün) lənət oxuyacaq. Nəhayət, hamısı birlikdə orada (Cəhənnəmdə) toplandığı zaman  sonra gələnlər (tabe olanlar) əvvəl gələnlər (tabe olduqları kəslər) barəsində deyəcəklər: “Ey Rəbbimiz! Bizi azdıran bunlardır. Bunlara ikiqat cəhənnəm əzabı ver!  (Allah) buyuracaq: “Hər birinizi ikiqat əzab gözləyir, lakin siz bilmirsiniz!”

Bu ayəni başa düşmək üçün öncəki ayəyə baxmaq lazımdır. 37-ci ayədə Allah təala “Allaha iftira yaxan və Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər?” şəklində xitab edir və bu cür insanlara ölüm gəldiyi zaman mələklərin “Allahdan başqa yalvardıqlarınız haradadır “ şəklində sual verəcəklərini və onların cavabında “Onlar bizi qoyub qaçdılar” deyəcəklərini qeyd edir.

Bu ayədən anlaşılır ki 38-ci ayədə bəhs edilən Cəhənnəm əhlinin birinci qrupu Allahın ayələrini inkar edib və ona şərik qərar verməklə iftira yaxanlardır. Qısaca, ayədə nəzərdə tutulan inkarçılardır.

Qiyamət günü bu qrupa belə deyiləcək: “Sizdən əvvəl gəlib-getmiş (kafir) cin və insan tayfaları ilə birlikdə  Cəhənnəmə girin!” Yəni sizdən əvvəl sizin kimi olanlarla birlikdə siz də cəhənnəmə girin.

“Hər bir tayfa girdikcə (özündən əvvəlki ) dindaşına və tayfadaşına (onu doğru yoldan azdırdığı üçün) lənət oxuyacaq.” Yəni hər bir tayfa özündən əvvəl Allaha şərik qərar vermiş və bu məsələdə ona nümunə olmuş dindaşına və tayfadaşına lənət oxuyacaq.

Bu insanlara görə, onları yoldan azdıran və cəhənnəmə girmələrinə səbəb olanlar özlərindən əvvəlki inkarçılardır. Bunu ayənin son hissəsindən başa düşürük: “Ey Rəbbimiz! Bizi azdıran bunlardır. Bunlara ikiqat cəhənnəm əzabı ver!” Bunlar da ikinci qrupdur.

Yəni bu ayədə iki qrupdan bəhs edilir. Birincisi, Allaha şərik qərar verən öncəkilər. İkincisi isə, bu işdə onlara tabe olan sonrakılar.

Qiyamət günü hər iki qrup birlikdə cəhənnəmə göndəriləcək. Ancaq sonrakı qrup günahı öncəkilərdə görəcək və onları da azdırdıqları üçün ikiqat əzaba layiq olduqlarını düşünəcək. Beləliklə, Allahdan onlara ikiqat əzab verməsini istəyəcək.

Bunun müqabilində Allah buyuracaq: “Hər birinizi ikiqat əzab gözləyir, lakin siz bilmirsiniz!” Öncəkilər Allaha şərik qərar verdikləri və sonrakıları da azdırdıqları üçün, sonrakılar isə onlara tabe olduqları və inkar etdikləri üçün Allahın ikiqat əzabına düçar olacaqlar.

Allah ən doğrusunu bilir.

 

Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi,

İlahiyyat üzrə fəlsəfə doktoru

Aslan Həbibov

 



Yerləşdirilib:14 May, 2013  18:47, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 1
Müəllif: Bende | 14 May, 2013  22:41
# Ответить
+2


]]>]]>

Cox duzgun bu ayenin tefsirini anlatdiniz. Allah sizden razi olsun. Ilahi Amin .
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com