POPULYARXƏBƏRLƏR

Sevdiyiniz şeylərdən (Allah yolunda) sərf etməyincə...

Ali-İmran surəsi 92-ci ayənin təfsiri

“Sevdiyiniz şeylərdən (Allah yolunda) sərf etməyincə savaba çatmazsınız. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər şeyi biləndir”.

Hər şeydən əvvəl qeyd edək ki, bu ayə haqqında iki fikir söyləmək mümkündür. Birincisi odur ki, bu ayə ilə özündən əvvəlki və sonrakı ayələr arasında əlaqə açıq deyildir. Elə isə bu ayə müstəqil nazil olmuşdur və möminlərə xitab edir.

İkincisi odur ki, bu ayə özündən əvvəlki və sonrakı ayələrlə əlaqəlidir və Əhli-Kitab nəzərdə tutulmuşdur.

İstər nəzərdə tutulan Əhli-Kitab olsun, istərsə də möminlər olsun, fərqi yoxdur. Bu ayədə bir gerçəyə vurğu vardır. O da “birr”ə qovuşmaq üçün dəyər verilən maldan xərclənməlidir.

Birr nədir? Lüğətdə yaxşılıq, doğruluq, itaət, xeyir və ehsan kimi tərcümə olunan “birr”, dini terminologiyada iman, doğruluq, gözəl əxlaq, saleh əməl, xeyir, yaxşılıq, ehsan, Quran və sünnəyə tabe olma, əmr olunanları yerinə yetirmə və qadağan edilənlərdən uzaqlaşma kimi insana savab qazandıran və Allahın rizasına vəsilə olan hər cür xeyirli əməllərə, itaətlərə və gözəl davranışlara deyilir.

Bəqərə surəsi 177-ci ayədə Allah (c.c.) belə buyurur: “Üzünüzü günçıxana və günbatana çevirməyiniz “birr” deyildir. “Birr” əslində Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə inanan, sevdiyi halda malını qohum əqrəbaya, yetimlərə, yoxsullara, yolda qalanlara, dilənçilərə, qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə və cihad zamanı səbr edənlərin (əməli)dir”

Elə isə “birr” adi bir yaxşılıq deyil, daha geniş məfhumdur. Birrə çatmaq üçün iman və əməl lazımdır. Eləcə də sevilən mallardan Allah rizası üçün xərcləmək lazımdır.

“Sevdiyiniz şeylərdən sərf etməyincə” məsələsinə gəldikdə isə, ümumiyyətlə infaq Allah rizasını qazanmaqdan ötəri ehtiyacı olan və yoxsul insanlara maddi yardım göstərmək, onların yaşayışlarını təmin etmək və xeyirli bir iş üçün mal xərcləməkdir.

Burada malın azlığı və ya çoxluğu önəmli deyildir. Önəmli olan təqvadır. Əgər siz sahib olduğunuz ən dəyərli malı Allah rizası üçün sərf edə bilirsinizsə, bu sizin təqvanızın göstəricisidir.

Habil-Qabil məsələsində də olduğu kimi Allah (c.c.) Habilin qurbanını qəbul etmişdi. Çünki o sürüsündəki ən gözəl qoçu Allah üçün qurban olaraq təqdim etmiş, qardaşı Qabil isə bir dəstə keyfiyyətsiz buğdanı qeyri-səmimi bir şəkildə qurban olaraq gətirmişdir. Allah (c.c.) da Habilin qurbanını qəbul etmişdir. Çünki Allaha çatan ətlər və qanlar deyil, təqvadır. (Həcc surəsi, 37) Bu bir səmimiyyət imtahanı idi və Habil bu imtahandan üzüağ çıxmışdır.

Bəqərə surəsi 177 və Ali-İmran 92-ci ayələrdə də qeyd olunan odur ki, hər hansı bir insan sahib olduğu ən dəyərli və sevdiyi malı Allah rizasını qazanmaq üçün infaq edə bilirsə, bu onun səmimiyyətinin göstəricisidir. Yuxarıda da qeyd etdiyimiz kimi burada malın azlığı və ya çoxluğu, ya da nə olduğu önəmli deyildir. Önəmli olan sahib olduğunuz ən dəyərli mal olmasıdır. Nəql olunan rəvayətlərdə də qeyd edilir ki, Hz.Peyğəmbər (s) daim səhabələrinə dəyər verdikləri mallardan Allah üçün xərcləmələrini tövsiyə edərdi. Burada iki incəlik vardır. Birincisi odur ki, siz bir malı Allah üçün xərcləyirsinizsə, o halda o mal Allaha layiq olmalıdır. İkincisi odur ki, o malı verdiyiniz insanların izzəti vardır və onların izzətləri ayaqlar altına alınmamalıdır.

Yəni bir insan dünyada ən çox sevdiyi bir şeyi Allah üçün xərcləyə bilirsə, bu o deməkdir ki, həmin insan Allahdan daha çox heç bir şeyə dəyər vermir.


Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi, İlahiyyat üzrə fəlsəfə doktoru
Aslan Həbibov


Yerləşdirilib:29 May, 2013  16:12, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com