POPULYARXƏBƏRLƏR

Bir cinayətin təhlili

Mart ayının 23-də Cəlilabad şəhərində baş vermiş dəhşətli cinayət bütün respublikanı lərzəyə gətirdi. Bir insanı haqsız yerə qətlə yetirməyin bütün insanları qətlə yetirməyə bərabər olduğunu hər bir inanclı insan çox gözəl bilir. Bu tükürpərdici və qeyri-insani cinayətdən sonra bəzi ziyalılarımız ölüm hökmünün yenidən qüvvəyə minməsi təklifi ilə çıxış etdilər...

Mən də bu qəbil cinayətlər üçün ölüm hökmünün yenidən qüvvəyə minməsi ilə razıyam. Çünki ən azından ölüm hökmünə görə belə qeyri-insani əməllərdən qorxub çəkinənlərin sayı heç də az olmayacaq.

 

Qisas hökmü Quranda

İslam dinində digər günahsız insan və ya insanları qətlə yetirən cinayətkardan qisas almaq və onu qətlə yetirmək məsələsi təsdiq edilmişdir. Belə ki, müqəddəs kitabımız Qurani-Kərimdə qisas adlı hökmdən söz açılmış və onun insan cəmiyyəti üçün həyat amili olduğu aydın tərzdə bəyan edilmişdir. Necə ki, buyurur: "Ey iman gətirənlər! (Qəsdən) öldürülən şəxsdən sizin üçün qisas almaq hökmü qərara alındı (təyin edildi.)"

Növbəti ayədə belə buyurur: "Ey ağıl sahibləri, bu qisas (qisas hökmü) sizin üçün həyat deməkdir. Ola bilsin ki, (bununla) təqvalı olasınız (qətl kimi pis əməllərdən çəkinəsiniz.)" ("Bəqərə" surəsi, ayə: 178-179.)

Təqdim edilən ayələrə əsasən, cəmiyyətdə qəsdən qətl hadisəsi törədən cinayətkarlardan qisas almaq və onların qətlə yetirilməsinə icazə verilmiş və qisasın ümumiyyətlə insanlar üçün həyat amili olduğu bildirilmişdir. Çünki, bu hökmün sayəsində cəmiyyətdə haqsız yerə qan tökənlər və cinayətkarların sayı azalacaqdır. Bu da insan toplumu və cəmiyyət üçün bir növ həyat amili sayılır. Əks təqdirdə onların həyatı daim təhlükə altında olacaq və hər kəs istədiyi şəxsi qətlə yetirməklə insanların asayişi və həyat səbatını korlayacaqdır.

Qurani-Kərimin bəzi ayələrindən əldə edildiyi kimi qisas hökmü İslam dinindən öncə də mövcud olmuşdur. Necə ki, buyurur: "Biz (Tövratda İsrail oğullarına) yazıb hökm etdik ki, həqiqətən də, canın qisası can, gözün qisası göz, burununku burun, qulağınkı qulaq, dişinki diş və yaralarınkı yaralardır. Lakin hər kəs (qisası) bağışlasa, bu onun üçün bir kəffarədir (Allah onun günahlarının üstünü örtüb bağışlar.)" ("Maidə" surəsi, ayə: 45.)

Bu ayəyə görə qisas hökmünün müqəddəs Tövratda İsrail oğulları üçün yazıldığı bəlli olur. Ayə İsrail oğullarına yazılmış hökmdən danışsa da biz müsəlmanlar üçün müəyyən mesaj göndərir. O da Şəriətdə qisas hökmünün mövcud olmasına rəğmən imkan daxilində cinayətkarı əfv etməyin yaxşı bir iş olmasından ibarətdir. Bu da İslam dininin insansevərliyi və mərhəmətindən xəbər verir. Əlbəttə, bəzən cinayət törətmiş bir cinayətkarı əfv etmək digər cəmiyyət üzvlərinin haqqına təcavüz etmək və daha təhlükəli olur. Hər halda keçmiş səmavi dinlərdə olduğu kimi İslam Şəriətində də qisas hökmü mövcuddur. Qəbul edirik ki, qisas hökmünün qüvvədə olması bir çox hallarda qətl kimi cinayətin qarşısını alır.

 

Problemin prinsipial həlli

Ölüm hökmü və qisasın qüvvədə olması həmişə cəmiyyətdə qətl hadisələrinə tam mənada məne ola bilmir. Bu da qətl cinayətinin müxtəlif amillər əsasında meydana gəlişindən asılıdır.

Unutmayaq ki, İslam dinində qisas hökmü ilə yanaşı insanların hər bir sahədə düzgün tərbiyə edilməsi, həyatda doğru yol əsasında hərəkət etməsi, baş verən çəkişmələr və problemlərin insani dəyərlər və xoşluqla həll edilməsi, cəmiyyətin rifahı və faydalı məşğuliyyətinin təmin edilməsi və s. kimi göstərişləri də var. Odur ki, bu kimi mühüm bir mövzuya hissiyyata qapılaraq yanaşmaq və uyğun mövzuya birtərəfli baxmaq olmaz.

Biz, düşüncəli bir millət olaraq bu barədə daha dərindən düşünməli, daha dolğun tərzdə və prinsipiallıqla fikir yürütməyə çalışmalıyıq.

Mənə elə gəlir ki, belə cinayətlər üçün ölüm hökmünün yenidən qüvvəyə minməsi bu qəbil cinayətlərə son qoymayacaq. Çünki cəmiyyətdə baş verən hər bir cinayət işində bir sıra amillər bir-başa və dolayısı yolla təsirlidir. Sosioloqlar və digər məsul şəxslər bu cinayətin baş verməsində həmin amilləri araşdırmalı və aydınlaşdırmalıdırlar.

Burada həmin araşdırmaya yardım olaraq öz təhlillərimi ixtisarla təqdim edirəm:

Əgər bu gün ölkədə belə bir ağır cinayət baş veribsə deməli hamımız bu barədə müqəssirik! Hamı deyəndə valideynlər, məktəblər (orta və ali təhsil müəssisələri), cəmiyyət, din xadimləri, telekanallar, internet və gimnet klubları, hüquq-mühafizə orqanları və s. nəzərdə tuturam. Aşağıda təqdim edəcəyim suallar bu fikirin yetərli olduğunu təsdiq edə bilər:

1. Sizcə öz valideyni tərəfindən düzgün tərbiyə almayan və cəmiyyət üçün sağlam bir üzv olaraq yetişməyən övladdan nə gözləmək olar?

2. Sizcə orta və ali təhsil müəssisələrində təlim-tərbiyə almaq əvəzinə digər işlərlə məşğul olan bir övladdan nə gözləmək olar?

3. Sizcə cəmiyyətdə layiqincə öz yerini tuta bilməyən və daim cəmiyyət tərəfindən alçalan, habelə ata-ana və s. tərəfindən müxtəlif zülmlərə məruz qalan  bir övladdan nə gözləmək olar? Axı cinayətkar doğulmur, əslində cəmiyyət tərəfindən yetişir!

4. Sizcə mənəvi saflıq və əsil maarifləndirmə əvəzinə yalnız öz maddi gəliri və şöhrətini düşünən, həmçinin ruhanilik vəzifəsindən kənar işlərlə məşğul olan bəzi din xadimlərinin yaşadığı cəmiyyətdən nə gözləmək olar? Görəsən, xalqı düzgün tərzdə maarifləndirmək əvəzinə onları bir sıra əsassız mövzulara məşğul edən və beləliklə də cəmiyyət arasında dinin uydurma və əsassız bir mövzu olması düşüncəsinə xidmət göstərən dırnaqarası "din xadimləri" cəmiyyətin daha da korlanması və xoşagəlməz yollara düşməsinə xidmət göstərmirmi?

5. Sizcə səhərdən axşama qədər vəhşilik, quldurluq və əxlaqsızlığı ehtiva edən müəyyən filmləri nümayiş etdirmək, həmçinin, bir çox hallarda öz mənasız verlişləri ilə millətin milli-mənəvi mintalitetini korlayan telekanallar öz milləti üçün nəyi ərməğan gətirə bilər? Görəsən, övladlarımız üçün valideyndən daha təsirli olan telekanallar gün və həftə ərzində baş vermiş qalmaqal və şəxsi həyat məsələlərini qabartaq və cəmiyyət arasında insani dəyərləri alçaltmaqla baş verən acı cinayətlərdə şərik sayılmırmı?

6. Sizcə gününün bir neçə saatını internet və gimnet klublarında qəddar və vəhşi oyunlarla keçirən və beləliklə də qan tökmək və vəhşiliyi praktiki yolla dəfələrlə həyata keçirən övladlarımızdan nə gözləmək olar?

7. Əgər bu qəbil cinayətləri törədən şəxslər psixi problemlərdən əziyyət çəkirsə, o zaman onların müalicə dispanserlərində saxlanılmaq əvəzinə rahat şəkildə cəmiyyət içində yaşadığı təqdirdə belə cinayətlərin bir daha təkrar edilməyəcəyinə kim zəmanət verə bilər?

Beləcə suallar çoxdur. Buna misal olaraq cəmiyyətdə mövcud olan işsizlik problemini xüsusilə qeyd etmək olar. Odur ki, baş vermiş cinayətdə hamı özünü müqəssir bilməli və onun bir daha təkrar edilməməsi üçün hərtərəfli fikirləşib çarə qılmaq lazımdır. Deməli, cəmiyyətdə bu qəbil cinayətlərin bir daha təkrar edilməməsi üçün ölüm hökmünün yenidən qüvvəyə minməsi ilə yanaşı yuxarıda sadalanmış səbəb və amillərlə də mübarizə aparmaq uyğun problemin ən gözəl həll yolu sayılır.

 

"Hədəf Elmi Araşdırmalar Mərkəzi"

İlqar İsmayılzadə (İlahiyyat elmləri doktoru)



Yerləşdirilib:11 Aprel, 2013  20:21, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 3
Müəllif: Asya | 11 Aprel, 2013  16:06
# Ответить
0


]]>]]>

Axı cinayətkar doğulmur, əslində cəmiyyət tərəfindən yetişir!
Müəllif: Fatime | 14 İyun, 2013  13:25
# Ответить
0


]]>]]>

Olum hokmu olmalidir,chunki Quran bele buyurur.
Müəllif: bende | 17 Sentyabr, 2016  16:21
# Ответить
0


]]>]]>

cinayetkar cemiyyet terefinden yetishmir,cemiyyet ona tesir ede biler,lap"get cinayet et!" deye biler amma son qerari veren yene insan OZUDUR.ALlah ona agil verib.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com