POPULYARXƏBƏRLƏR

Boşanmaq çözüm deyil...(Hekayə)

İslam.az-ın poçtuna oxucumuz Eldar İlqaroğlunun qələmə aldığı hekayə daxil olub. Hekayəni oxucularımıza təqdim edirik.

Boşanmaq çözüm deyil...

(hekayə)

6 ay olardı boşanmışdılar...

Artıq neçə müddətdir ki, mənzilinin girişində 3 yaşlı Aytacının onun qabağına qaçmasını görmürdü. Məxsusən qızını çox özləyirdi hətta onun ətrini duymaq, qucaqlayıb bağrına basmaqdan ötrü burnunun ucu göynəyirdi...

Həmişə isti olan evin, çayın, yeməyin soyuqluğu bir yana, otaqlardakı qulaqbatırıcı səssizlik onu az qalırdı ki, dəli etsin. Fikri dağılsın deyə televizorun səsini ucaltsa da heç nə eşitmirdi. Adətən  gözləri televizorla yanaşı divardan asdığı ailəvi fotoşəkilərinə zillənib qalırdı. Elə gün olurdu ki, heç şam yeməyi yemədən yatır, səhər də heç nə yemədən çıxıb işə gedirdi...

Əslində boşanmağı özü istəyən Rasim bu qədər üzüləcəyini heç ağlına belə gətirməzdi. Bu qərarın nə qədər yalnış olduğunu indi-indi anlayırdı.

Axı insan sahib olduğunun dəyərini itirdikdən sonra anlayır...

O indi anlayırdı ki, Sevdayla etdikləri mübahisələr çox cılız, xırda və önəmsiz məsələlər idi, indi anlayırdı ki, “kişi qüruru” zənn etdiyi təkəbbürü ucbatından pak bir məhəbbətlə sevdiyi Sevdanı hər gün necə aşağılayırdı. Bəs evliliklərindən qabaq Sevdaya yazdığı şerlər və o şerlərə sığışdıra bilmədiyi sonsuz məhəbbət necə olmuşdu?! O böyüklükdəki məhəbbət necə yox olmuşdu ki, yeməyin duzlu və yaxud şit olması, uşağın çox ağlaması, Sevdanın telefonda rəfiqələri və anası ilə çox danışması, hətta adicə telviziya kanallarını bölüşdürə bilməmək böyük bir mübahisə və bu mənasız səbəblərə görə günlərlə küsülülüyə gətirib çıxardı? Nişanlı olduğu dönəmdə hər gün “səni sevirəm” sözünü qulağına pıçıldamaq, biri-birinin ardınca arası kəsilmədən göndərdiyi eşq mesajları evliliklərindən sonra hər keçən gün azalmağa başlamışdı.  Sonda isə soyuqluq, biganəlik, hörmətsizlik və boşanmaq... dəyərdimi bütün bunlara əcaba?  Yox, əlbəttə yox...

Son dəfə məhkəmədən sonra evdəki əşyalarını yığışdırmağa gəlmişdi Sevda. Son dəfə bu evdən çıxarkən geri dönüb məsum baxışlı gözlərindən axan göz yaşlarını görməmişdi sanki Rasim, əslində, görməməzliyə vurdu özünü o an. “Müvəqqətidir, keçib gedər” deyə düşünmüşdü qəddarcasına.

Heç bir həftə keçməmiş ən son ayrıldıqları anı tez-tez xatırlamağa başlamışdı. Son dəfə görməməzliyə vurduğu Sevdanın yanağından süzülən yaşlar sanki elə indicə daş qəlbinə damcılanırdı, vicdanını sızladırdı Rasimin. Ən çox da onu yandıran onun etdikləri müqabilində Sevdanın ona heç vaxt hörmətsizlik etməməsi idi. Qəribəsi də bu idi ki, o bunları indi - tək qaldığı zamanda düşünürdü. Halbuki, boşanmadan qabaq həmişə elə sanardı ki, ona hörmətsizlik olunub. Özü bu halından baş açmırdı. Türk filmlərindən birində eşitmişdi bu sözü: “Nasıl bakarsın, öylə görürsün”.

Yox, artıq belə davam edə bilməyəcəkdi... Bütün olanlardan özünü günahkar bilirdi. Bu üzdən Sevdaya zəng etməyə utanırdı. Bu dəfə SMS yazmağı qərara aldı və yazdı:  “Məni bağışla, Sevda, sənə insafsızlıq etmişəm. Çox gec başa düşmüşəm səhvimi. Çox üzmüşəm səni. Bağışlamamağa haqqın var. Amma səhvlərimi düzəltməyə fürsət ver, nolar... Gəl əvvəlki həyatımıza geri dönək. Söz verirəm səni bir daha üzməyəcəyəm.”

Cavab mesajının gəlməsi çox çəkmədi: “Artıq gecdir. Səni çox gözlədim. Heç özümü demirəm, bircə dəfə qızımızın halını belə sormadın bu 6 ayda... Qızıma və mənə sahib çıxan başqa biri var həyatımızda. Bizi rahat burax. ”

Bəli əziz dostlar, heç də həmişə çözüm bildiyimiz vasitələr problemi aradan qaldırmır, daha ağır problemlərə səbəb olur.

Əksər çətinliklərin çözümü dözümdür. Necə ki, qeyd olunan mövzu barədə Ulu Yaradanımız bizə dözməyi buyurur:

“Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir! (Qadınlar) açıq-aşkar pis bir iş görməyincə, özlərinə verdiyiniz şeylərin bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onları xoşlamırsızsa (dözün). Ola bilsin ki, sizin xoşlamadığınız hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun.”

(Qurani-Kərim, Nisa surəsi: 19)

Eldar İlqaroğlu




Yerləşdirilib:17 Sentyabr, 2016  11:47, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com