POPULYARXƏBƏRLƏR

Dırnaq arasına salınan ağıl

Son zamanlar bəziləri ağıl sözünü dırnağa almağa başlayıblar. Bunun iki səbəbi ola bilər: belələri ya sonsuz təkəbbürə qapılıb ətrafdakıları, əsasən də onlarla həmfikir olmayanları ağılsız, özlərini isə ən azından onlardan ağıllı hesab edirlər, ya da ki, ağılı özlərinə yad element bilib bu cür bəzəyirlər. Yaxşısını Allah bilir. Mən bu sözü həmişə dırnaqsız yazmışam. Bu dəfə də ənənəni pozmayacam.

 

Bəzən ağılla savadı səhv salırlar. Ağıl isə tamamilə başqa bir şeydir. Məsələn, Peyğəmbərlə (s) söhbət zamanı əlini cəhrədən çəkərək Allahın varlığını sübuta yetirməyə çalışan qarı ağıl sahibi idi. O, təfəkkür edərək özü üçün Böyük, Möhtəşəm Varlığın mövcudluğnu qətiləşdirmişdi. Bu – ağıldır, ağılın nişanəsidir. Həmən o ağıl ki, nədənsə cəmiyyətimizin dini kəsimində getdikcə cılızlaşır, lazımsız bir atribut kimi qələmə verilir. Amma nahaq. Hərdən Allahın bəxş etdiyi beyin hüceyrələrini zərrə qədər işə saldıqda bir çox məsələlər açıq kitab kimi qarşımızda vərəqlənir. Məsələn, kimsə “Bismillah de, divara kəllə vur, inşallah divar param-parça olacaq” deyirsə, əvvəlcə Allahın bədənimizin zirvəsində qərar verdiyi beyinə heç olmasa bir şans vermək lazımdır (Ən azından hansı səbəblər üzündən Tanrının beyini qarın nahiyəsində və yaxud başqa yerdə deyil, məhz ən yuxarı nöqtədə yerləşdirməsi bir agahlıq gətirməlidir). Hacı Şahin Həsənli moizələrinin birində dediyi kimi, İslamda heç bir şey ağıla zidd deyil. Amma divara kəllə vurmaq – ziddir. Nəinki İslama, ümumiyyətlə, Allahın qanunlarına. Deyərdim ki, bu hətta Allahın qanunlarına bir hörmətsizlikdir, həqarətdir. Tanrı divara divar xüsusiyyətlərini bəxş edib. Onu başla yarmaq fikrinə düşən haqqında nə deyəsən? Bu binəva Tanrının ona bəxş etdiyi bu üzvün (baş) əsl təyinatı barəsində ən azından bixəbərdir. Odur ki, ağıl “get divara kəllə vur” göstərişini eşidəndə sahibinə mütləq “dur!” komandasını verməlidir. Yox, vermirsə...

Yaxud, başqa bir misal. Cümə günü Nardarandan gələrək “Şeyx zəng edib deyib ki, qurban olum, eləməyin, yalvarıb, deyib hamını buraxdıracam, qorxurlar e bizdən” söyləyən bir qardaşımı dinlədikdə ağıl belə bir hadisənin mümkünsüzlüyü barədə fəryad edir. Amma kimsə bu şayiəyə “xod verib”. Ağıl isə dırnaq arasında qaldığından, hər tərəfdən sıxışdırılaraq boğulduğundan səsini sahiblərinə çatdıra bilmir. Çatdırsa idi, bəlkə də deyərdi: “Ey Allahın təqdiri ilə məni başında gəzdirib həbsə salan sahibim! Düzdür, bura Azərbaycandır. Burda hər şey ola bilər. Araz Abdullayev avtomobili ilə adam vurub öldürəndən cəmi bir neçə gün sonra həbsxanada deyil, futbol meydanında görünür, çempionatın oyununa çıxır. Olur belə şeylər. 1-2 dustağın buraxılması da başadüşüləndir. Amma 74 nəfərin şeyx tərəfindən azad olunması AĞILA ziddir! Şeyx bu işdə kiməsə ağız aça bilər, xahiş edə bilər, amma şeyx orta əsrin feodalı deyil ki, 1 anın içində qazamatdakıların hamısını evlərinə göndərsin”. Ağıl susdu. Elə mən də. Çünki bu ağıl dırnaq arasına alınandan sonra ona xitab edənlər adətən eşidilmir. Bu azmış kimi, hələ olmazın iftiralarına, təhqirlərinə məruz qalırlar. Odur ki, susdum. Bəlli idi ki, məsələnin aydınlaşması üçün sayılı günlər kifayətdir. Elə də oldu. Amma acınacaqlısı burasındadır ki, QMİ bu barədə açıqlama verəndən sonra yenə dini cameənin bir hissəsi “lənət sindromu”na mübtəla oldu. Çünki... Düzdür, ağıl yenə də dırnaq arasında idi. Şeyxin belə bir söz verməsinin mümkünsüzlüyünü düşünməyənlər sonradan yenə də dərin düşüncələrə qərq olmadan QMİ sədrini verilməyən sözə xəyanətdə suçladılar. Nə deyim, vallah. Hərə bir ağıl sahibidir da...

P.S. Yeri gəlmişkən. Ağılın son zamanlar “zülmə” məruz qalmasına rəğmən, həyatım boyu özünə ağılsız və axmaq deyən insana rast gəlmədim...

P.P.S. Deyirəm, bu yazıdan sonra çoxsaylı “titullarıma” yəqin daha biri – “QMİ agenti” də əlavə olunacaq. Amma incimirəm, qətiyyən. Axı bəziləri üçün ağıl dırnaq arasındadır.


 



Yerləşdirilib:9 Aprel, 2013  21:58, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 1
Müəllif: XEDICE | 9 Aprel, 2013  22:08
# Ответить
+7


]]>]]>

ALLAH RAZI OLSUN,. GEC TEZ HAKK YERIN TAPACAK, ALLAH SIZI QORUSUN...
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com