POPULYARXƏBƏRLƏR

Boşanmalara və “petlə”liyə qarşı universal resept

Son günlərdə ən çox müzakirə edilən mövzulardan biri də siyasət adamı olan Fuad Qəhrəmanlının ailsənidə baş verən hadislərdir. Hər məsələdə olduğu kimi, bu dəfə də fərqli rəylər səsləndi: bəziləri “üsyankar” qızı, bəziləri isə “zalım” atanı qınadılar. Müzakirələri siyasi müstəviyə keçirənlər də oldu. Əlbəttə ki, kiminsə ailə məsələsinə, şəxsi həyatına müdaxilə təqdir oluna bilməz. Biz də bilavasitə fərdlərə deyil, hadisəyə ümumiləşdirilmiş, bir qədər fərqli rakursdan fikir bildirmək istərdik.

Əvvəla qeyd edək ki, ailə zorakılığı mövzusu Azərbaycanda həmişə aktual olub. Kişinin həyat yoldaşına bir şillə vurması yaxın keşmişdə əksər zaman sıravi məişət hadisəsi, məsələn, uşağın divandan yıxılması və ya soyuducunun xarab olması kimi dəyərləndirilib. Son zamanlar boşanmaların artması da qismən, bəlkə də əsasən məhz bu amillə bağlıdır. Əgər əvvəllər belə ailələrdəki problem qohumlar, ağsaqqallar tərəfindən həll edilirdisə (əsasən qadına ərinin bütün hoqqalarına dözmək tövsiyyə edilirdi, hər hansı boşanma isə nəsilə vurulan ləkə kimi qəbul olunurdu), indi vəziyyət kardinal şəkildə dəyişib. Artıq ailənin dağılması xalqın böyük hissəsi üçün dəhşətli bir şey kimi dəyərləndirilmir. Nəticə də, qeyd etdiyimiz kimi, boşanmaların sayının sürətlə artmasıdır.

Nəzər saldığımız sahəyə cavabdeh olan dövlət strukturları, QHT-lər və sair cəmiyyətlər çıxış yolunu arayır, hansısa məsləhətlər verir, maarifləndirici simpoziumlar, toplantılar keçirir, Qərbi bizə nümunə göstərirlər. Bir bədbin proqnoz verək: hər şey elə belə də davam etsə, bunların heç bir effekti olmayacaq və ailə institutu, o dəyər ki, azərbaycanlılar onun möhkəmliyi ilə həmişə qürur duyurdular, ildən ilə tənəzzülə uğrayacaq. Çünki seçilən yol səhvdir. Bütün metodik üsulları, Qərbdən oğurlanan variantları kənara atıb azərbaycanlı kişisinə (elə qadınına da) ailəyə dair İslami dəyərləri, dinin qanunlarını öyrətmək lazımdır. Bu təklifə cavab olaraq dindən bixəbərlər, İslama fürsət düşən kimi tənə vurmaq arzusunda olanlar “kişinin arvadını döyməsi elə əsl müsəlmançılıqdır da!” deyə diqqəti fərqli səmtə yönəltmək istəyəcəklər. Amma elə dərd də burasındadır ki, əsl müsəlman, İslami dəyərlər üzərində qurulan ailədə məişət zorakılığına, şiddətə yer yoxdur. Özünü müsəlman sayanlar özlərinə bir qədər əziyyət verib dinlərini, dinin qanunlarını öyrənsəydilər, nə bu qədər ailə dağılardı, nə bu qədər qadına zülm olunardı, nə də bu qədər uşaq valideyn qayğısından məhrum olardı. “Uşaq” demişkən, bir az da Fuad Qəhrəmanlının qızının timsalında uşaq tərbiyəsi haqqında...

Azərbaycan tolerant ölkədir. Burada istənilən dinin nümayəndələri, həmçinin heç bir dinə etiqadı olmayanlar çox sakit və aram həyat sürürlər. Amma etiraf edək ki, heç bir müsəlman övladının digər dinə üz tutmasını istəməz. Necə ki, başqa dinin müayəndəsi də övladının İslamı qəbul etməsinə sevinməz. Bu övlad hələ anormal cinsi oriyentasiyaya da malikdirsə... Yəqin ki, heç bir ata-ana belə imtahandan keçmək istəməz.

Bəs nə etmək lazımdır ki, böyüdüb boya-başa çatdırdığın uşaq tam yad sahilə ayaq basmasın? Və ya sualı başqa cür qoyaq: bunun üçün nəyi etməməliyik? Əlbəttə, universal resept yoxdur. Ancaq bir mükəmməl, heç vaxt heç bir valideyni pis vəziyyətdə qoymayacaq, əsirlərin sınağından keçən yolu nişan verək. Əziz valideynlər, Qərb dəyərlərini, Qərb konsepsiyalarını bir kənara atın, övladlarınıza dininizi, dininizin sosial, elmi, mənəvi mahiyyətini öyrədin. Körpəlikdən bu dinin gözəlliyini onlara göstərin. Hər yaşda uşaqla öz dilində danışıb ona müsəlman olmaq üçün yardım edin. Əgər bunun üçün lazımi biliklərə malik deyilsinizsə, ərinməyin, tənbəllik etməyin, öyrənin. Əlbəttə ki, övladınızın gələcəyi sizi narahat edirsə, onu normal insan görmək arzusundasınızsa, sorağını LGBT cəmiyyətlərindən və gey-paradlardan almaq, qızınızın qadınla, oğlunuzun isə kişi ilə evlənməyini, “petlə” olmasını istəmirsinizsə.

V.Əliyev



Yerləşdirilib:23 Sentyabr, 2019  06:37, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com