POPULYARXƏBƏRLƏR

Toz içində çiçək

İyirmi ilin söhbətidir. Amma o hadisə sanki dünən baş verib, bütün təfərrüatlarını xatırlayıram. Qəbələnin səfalı guşələrinin birində idik. Hər tərəf gül-çiçək, meşə. Bir sözlə, şəhər adamı üçün əsl ekzotika. Birdən yaşı 60-ı haqlamış qadın əlini ətəyində dayandığımız təpənin yamacına uzadaraq saçı-saqqalı ağarmış həyat yoldaşına dedi: “Bir bax e, necə gözəl çiçəkdir”.

Düzü, o çiçəyin ətrafı bürüyən eyni çiçəklərdən nə ilə fərqləndiyini o zaman anlamadım. Amma ağsaqqalın bu sözlərdən sonrakı davranışını heç başa düşmədim onda. Kişi çevrilərək bir qədər bizdən kənara çəkildi. Sonra döndü, çiçəyə baxdı və... İlahi, bu 60 yaşlı qoca sanki qanadlandı! O, sürətlə qaçaraq təpəyə dırmanmağa başladı. Yüksəklik artdıqca, kişinin sürəti azalırdı. Budur, o tam dayandı. Müvazinətini qorumağa çalışdı. Amma... Düzü, bilmirəm, ora qaçaraq dırmananda sürəti daha çox idi, yoxsa təpənin yamacından aşağı yuvarlananda. Hamı bir an şok yaşadı. Kimi “ay aman!” dedi, kimi “ay mama!”. Yalnız ağsaqqal təmkinini pozmadı. Uşaqlıq və gənclik illərini kənddə, at belində keçirən birisi üçün bu elə də böyük zərbə deyildi. Hətta 60 yaşında belə. Üst-başını təmizlədi, heç nə olmamış kimi yenidən geri addımladı. Hər şey aydın idi. Çiçək canını belə asanlıqla qurtara bilməyəcəkdi.

Hamı onu bu fikrindən daşındırmağa çalışdı (onu da deyim ki, aramızda elə ən yaşlısı o idi). Ancaq kişi heç kimə əhəmiyyət vermirdi. Atasının xasiyyətinə yaxşı bələd olan oğlu tez anasının qoluna girib pıçıldadı: “Ay ma, niyə dinmirsən e? De ki, o çiçəyi istəmirəm də!”. Yayın istisinə rəğmən başına bağladığı yaylığın altından kənara çıxan ağ tellərini əli ilə yerinə qaytaran ağbirçək isə, sanki gəncin sözlərini eşitmirdi. Dodaqlarına, çöhrəsinə qəribə bir təbəssüm qonmuşdu. Amma, yox, bu təbəssüm də deyildi. Elə bir vüqarla, fərəhlə yenidən start götürməyə hazırlaşan ömür-gün yoldaşına baxırdı ki! Nə düşünürdü o dəqiqələrdə? Bəlkə artıq heç vaxt geri qaytara bilməyəcəyi gəncliyini yada salırdı?

Ağsaqqal artıq çiçəyə baxmadı. Yenə bir söz demədən irəli yürüdü. Qaçdı, qaçdı, qaçdı... Metrlər, santimetrlər... Artıq dayandı, son qüvvəsini toplayıb əlini irəli uzatdı... Qopardı! Amma bu dəfə yıxılmadı, ehmalca aşağı düşdü. Həyat yoldaşına yaxınlaşdı, çiçəyi uzatdı: “Al... Bunu deyirdin?”. Səsində cüssəsi ilə tam tərs mütənasib təşkil edən o qədər mülayimlik, mehribanlıq, şəfqət var idi ki! Qadın bir söz demədi, elə yavaşca başını tərpətdi, təsdiqlədi. O zaman onun gözlərinin nə üçün yaşardığını anlamırdım. Amma bu 20 il əvvəl idi. İndi isə...

Bu hadisəni nəql edərək vaxtınızı almağımın səbəbi nostalji hisslərə qapılmaq, gəncliyimi xatırlamaq deyil. Qətiyyən. Qarşıdan martın 8-i gəlir. Məqsədim bu tarixin islami, bəşəri, siyasi və sair çalarlarını təhlil etmək də deyil. Buna dair hər kəsin öz mövqeyi, öz arqumentləri var. Sadəcə olaraq demək istəyirəm ki, yuxarıda qeyd etdiyim hadisə martın 8-də baş verməmişdi. Buna xüsusi diqqət! Centlmen, əsl kişi olmaq üçün ilin hansısa gününü gözləmək lazım deyil. Ömür-gün yoldaşına, anaya, bacıya, qız övladına məhəbbəti, hörməti, ülvi hissləri çatdırmaq, onların qeydinə qalmaq üçün xüsusi bir göstərişə, təqvimin vərəqinin qırmızı rəngə boyanmasına da ehtiyac yoxdur. Bu bizim ər, ata, qardaş, övlad borcumuzdur. Biz bu borcla mükəlləfik. Özü də ildə bir gün yox, Allahın bizə bəxş etdiyi bütün günlərdə.

Belə. Mənim 20 il bundan öncə Qəbələdə baş verənlərdən aldığım dərs ərz etdiklərimdən ibarətdir ki, onu da siz əzizlərlə bölüşdüm. Vəssalam.

P.S. Martın 8-ni bayram kimi qəbul edən bütün xanımları təbrik edirəm. Martın 8-ni bayram kimi qəbul edən xanımlara da, qəbul etməyənlərə də qadın üçün ən önəmli olan – ailə səadəti, anlayan və anlada bilən ömür-gün yoldaşı diləyirəm...

P.P.S. Bir məqamı da qeyd etməyi özümə borc bilirəm. Mənə Qəbələdə insanlıq dərsini keçən o iki gözəl şəxsiyyətə Allah rəhmət eləsin...


 



Yerləşdirilib:6 Mart, 2013  14:54, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 2
Müəllif: Asya | 6 Mart, 2013  11:50
# Ответить
+6


]]>]]>

Bir filmden farqment yadima dusdu: "Mesele sosiskada deyil vnimatelni olmaqdadir.")) Esas gul deyil, onu getirmek isteyidir. Hetta o kisi gulu getirmeseydi bele yasina uygun olmayan jesti her seye deyerdi. Yeqin ki o qadin da buna deyer. Bir kisi qadini ucun butun omrunu "8 Mart" eder, digeri ise "8 Mart"i da burnundan getirer.
Müəllif: Nazim | 11 Mart, 2013  00:49
# Ответить
+6


]]>]]>

Salam aleykum.O qozler ki o gulu gorur onlar ucun yixila yixila gedib o gulu dermeye deyer,vay ondadir ki lalezarin icinde oturub qanqal istiyenin istediyini dermeye qedesen tikanlari ellerivi pis gune qoya.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com