...Ön sırada əyləşən molla zülüm-zülüm ağlayırdı. Onu bu dərəcədə duyğulandıran tribunadakı ağsaqqal idi. Cənub bölgəsinin hörmətli din xadimi öz aləmində “hədis” söyləyirdi.
Bu “hədisin” tam mətnini burda yazmaq fikrindən uzağam. Amma qarşıda deyəcəklərimi əsaslandırmaq üçün bir neçə məqamını diqqətinizə çatdıracam. Deməli, ağsaqqal danışır: “...Həzrət Məhəmməd uşaq idi, Məkkədə dolaşarkən bir MƏSCİDDƏ ŞER MÜSABİQƏSİNİN keçirildiyini gördü. Daxil oldu, əyləşdi... Ona növbə çatanda qalxdı ayağa, dedi: “BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM. QUL HUVƏLLAHU ƏHƏD, ALLAHU SƏMƏD (“İxlas” surəsini oxuyur – V.Ə.)...Əmisi Əbu Talib çağırdı Məhəmmədi (s), soruşdu ki, AD GÜNLƏRINIZDƏ NEÇƏ NƏFƏR YIĞIŞIRSIZ? O da dedi ki, 50 nəfər. Əbu Talib dedi ki, GET 80 NƏFƏR ÇAĞIR, XƏRCI MƏNLIKDIR...”.
Bu hadisələr vaqe oldu ötən həftənin sonlarında Lənkəran şəhərində. DQİDK-nin 2 günlük seminarına qatılan adını çəkmək istəmədiyim 70 yaşlı din xadimi bu “hədisi” söylədi. Zaldakıların bəziləri ağladı, bəziləri bu “hədisi” sakit qarşıladı, bir qisim iştirakçı isə qızararaq başlarını aşağı saldılar. Amma heç kim durub demədi ki, “ay ağsaqqal, məgər bilmirsən ki a, İslam peyğəmbərinə peyğəmbərlik 40 yaşında verilib? Məgər şer müsabiqəsinə qatılmaq o Zata yaraşan sifətdir? Məgər dostlarını bir araya gətirib ad günü keçirmək Peyğəmbər əxlaqına yaraşan bir hadisədir?”. Heç kim dillənmədi. Elə təsəvvür yaranmasın ki, kimisə qınayıram. Əsla! Nə qədər milli-mənəvi dəyərlərimizin deqradasiyaya uğramasından danışsaq da, xalqın genetik yaddaşı pozulmayıb. Ağsaqqala hörmət, hətta səhv danışsa belə, yaşamaqdadır. Düzdü, belə “hədislər” və belə “alimlər” ən başlıcası İslama zərbə vururlar (Əlbəttə ki, şüurlu surətdə yox, kəmsavadlıqlarından irəli gələn bir davranışdır). Ancaq həyatının böyük hissəsini sonuncu səmavi dini məhz bu tərzdə təbliğ edən 70 yaşlı ahıla indi nə isə izah etməyin, özü də belə izdiham içərisində, mənası varmı? Elə bu səbəbdən mən də “qəhrəmanın” adını çəkmirəm. Hər halda, ən azından Sovet imperiyası zamanı İslama xidmət etdiyinə görə izzətinə xələl gətirmək olmaz.
Düzü, belə bir hadisə baş verdiyini və bu barədə yazı yazacağımı yaxın qardaşlardan birinə dedikdə, məni bu fikirdən çəkindirməyə çalışdı: “Yazma, qardaş. Biabır olacağıq. Düşmənlərin, vəhabilərin əlinə yeni əsas verəcəksən”. Bu arqument çox təsir etdi. Düşündüm: bəlkə həqiqətən də əziz dostum haqlıdır? Bəlkə öz içimizdəki əyintiləri, səhvləri, ifratları faş etməklə düşmənin dəyirmanına su tökürəm? Amma sonra başqa suallar meydana gəldi: İslama bu çirkinlikləri faş edən zərbə vurur, yoxsa sıralarımza bu çirkinlikləri gətirən? Vəhabilərin əlinə mən silah verirəm, yoxsa bu nağılları danışanlar? Bəlkə öz üzərimizdə işləyək, səhvləri düzəldək, qaragüruhçuluqdan, mövhumatdan uzaq olaq? Bu daha yaxşı variant deyilmi? Yoxsa elə bütün çirkinliklərin üzərini örtüb, üstündə gül-çiçək əkək, özümüzü görməməzliyə vuraq? Odur ki, yazdım. İndi buna kim nə don geyindirəcək – öz işidir, özü bilər, Allahı bilər. Məqsədim də kimisə aşağılamaq, heysiyyətinə toxunmaq deyil. Yazdıqlarım da hamıya aid deyil. Fikrimcə, bu sahədə ciddi islahatlar aparılmalıdır. “Hədisindən” söz açdığım ağsaqqal və onun həmyaşıdları QMİ tərəfindən böyük hörmətlə təqaüdə yola salınmalı, gənc, savadlı kadrlara yol açılmalıdır. Əgər Komitə sədri deyirsə “din xadimlərinin maariflənməyə ehtiyacları var”, bunu düşmən tənəsi deyil, dost məsləhəti kimi qəbul etmək lazımdır. Həqiqətən də, maariflənməyə ehtiyac var. Amma, artıq qeyd etdiyim kimi, bəzi ağsaqqallar üçün olduqca gecdir. Onlarla təntənəli surətdə vidalaşmaq, gənc, savadlı, daha enerjili kadrlara imkan yaratmaq lazımdır. Vəssalam.
P.S. Eyiblərin aşkarlanmasının əleyhinə olanlara isə sadə bir misal çəkmək istəyirəm. İnsan orqanizmində hər hansı bir əzada problem olanda, onu mütləq müalicə etmək lazımdır. Əks təqdirdə digər sağlamları da sıradan çıxaracaq. Müdaxilə yubananda isə, ölüm qaçılmaz olur. Bu baxımdan din sahəsi də insan orqanizminə bənzəyir. Xəstəlikləri ört-basdır yox, müalicə etmək gərəkdir.
Agziniza sagliq. Hemiseki kimi cox gozel tenqidi yanasmaniz var. Peygemberimiz (s.a.s) usaq olanda mescid variydi?! )))
Butun sahelerimiz bu gundedir. Dini tehsil muessiselerini qurtaran savadli kadrlarimiz var, is axtarirlar. Yas limiti tetbiq olunmalidir, nece ki tehsil sahesinde tetbiq olunur. Genclere de yol acilsin, hec olmasa.
1. Yazıda əks olunan hadisələrin canlı şahidiyəm
2. Qeyd olunan çıxışın video çəkilişi mövcuddur
3. Baş verənlər 2-3 nəfər arasında olan söhbət deyil, izdihamlı auditoriyada edilən çıxışdır
Məncə, həmin ağsaqqalı bütün ölkədə biabır etməkdənsə (çünki bu yazını yəqin ki həmin rayonun sakinləri də ozuyacaq və onu ələ salacaqlar), tədbirdən sonra ona öz səhvini başa salmaq daha düzgün olardı. Ya da heç olmasa, onun çıxışından sonra qalxıb öz fikrini söyləmək daha yaxşı olardı. Nəinki arxasınca danışıb, kişini rüsvay etmək. Amma bu hərəkət "hər bir Azərbaycan vətəndaşı" kimi Sizin də hüququnuz olduğu üçün, "hüququnuza da hörmətlə yanaşıram".
Müəllif: Seyfi | 22 Fevral, 2013 14:35| Ответ на #736
Tedbirin adını, yerini yazmısınız da. Həmin bölgədən bircə nəfər internetə girib bu məqaləni oxusa bəsdir də. Bütün cənub bölgəsinə xəbər yayılacaq. Camaat çörəyi burnuna yemir ki. O tədbirdə olanlar gözləri ilə görüb qulaqları ilə eşidiblər axı o "tribunadakı ağsaqqalın" "hedis"ini. Mən o ağsaqala haqq qazandırmıram. Amma Sizin metodunuz da düzgün deyil. İnsanın səhvini sükutla qarşılamaq sonra da arxasınca danışmaq = qeybət etmək düzgün hərəkət deyil.
Yazırsınız: "Amma heç kim durub demədi ki". Bəs Siz özünüz niyə durub demədiniz? Axı "Yazıda əks olunan hadisələrin canlı şahidi"siniz!!! Başaqalarında günah axtarırsınız ki, niyə cavabını vermədilər. Bəs Siz? Orada danışmağa cəsarətiniz çatmadı, amma internetdə yazmaq asandır, hə?
Qoyduğunuz problem aktualdır. Təklif etdiyiniz çıxış yolu barədə də düşünməyə dəyər. Amma gəlin fikirləşək. Qocaları təqaüdə göndərəndən sonra onların yerinə gələn cavanların sözünə qulaq asan olacaq? Bu qocaların nüfuzunun sayəsində hələ ki çox şeylərin qarşısı alınıb. Cavanlar gəlsə nə olacaq? Məgər o bölgədə ara qarışdıranlar, müsahibələrdə axundların şikayət etdikləri adamlar cavanlar deyil? Təmiz fikirli, xarici qüvvələrə işləməyən, üstəlik savadı və nitqi yüksək əviyyədə olan, lap üstəlik həm də camaat arasında nüfuzu olan çox cavan tanıyırsız? Nə isə şübhə edirəm buna. Hər halda, Bakıda bu cür cavanlardan 2-3-ünü tapmaq çox çətindir. rayonlarda yəqin bundan da az olacaq.
Məni düz başa düşün Vüsal qardaş. Əgər bu məqaləni qeyri-konkret bir şekilde yazsaydınız qətiyyən problem olmazdı. AmmaSiz burada konkret adamı tənqid hətta bəlkə də təhqir etmisiz. Onu və onun kimilərini kəmsavad adlandırmısız. Bəlkə də haqlısınız. Amma hər şeyi açıq yazmaqla onu rüsvay etmisiz. Yazırsız ki onun izzətinə xələl gətirmək, onu aşağılamaq, heysiyyatına toxunmaq istəməmisiniz. Amma bunları etmisiniz axı. Bircə o qalır ki açıq aşkar adını da yazın da. Onsuz da məlumdur ki həmin iclazda danışıb, yaşı 70ə yaxındır, nufuzlu din xadimidir, sovet vaxtı fəaliyyəti olub. Tədbirdə olanlar onu tanıyırlar. Yenə deyirəm - ora rayon yeridir. Bircə nəfər internetə girib bunu oxusa o kişinin "qanı getdi" rayonda. Daha ona kim hörmət qoyacaq? Yaxşı işdirmi bu? Özünüz deyin-
İnciməyin, amma çox məntiqsiz yazırsınız. Özünüz düşünün. Yazırsınız: "Tedbirin adını, yerini yazmısınız da. Həmin bölgədən bircə nəfər internetə girib bu məqaləni oxusa bəsdir də. Bütün cənub bölgəsinə xəbər yayılacaq". Daha sonra isə özünüz özünüzü təksib edirsiniz: "Camaat çörəyi burnuna yemir ki. O tədbirdə olanlar gözləri ilə görüb qulaqları ilə eşidiblər axı o "tribunadakı ağsaqqalın" "hedis"ini". Nəyə işarə etdiyim, yəqin ki, Sizə də aydın oldu. Orda olanlar onsuz da bunu görüb və eşidiblər. Onlara burda yazılanlar yeni bir xəbər olmayacaq. Əgər nəyisə yaymaq istəsələr, mənim təşəbbüsüm olmadan bunu edəcəklər. Yəni... Gerisini özünüz gətirin, məncə, elə bir problemli məntiq deyil.
Növbəti uyğunsuzluq: "Qocaları təqaüdə göndərəndən sonra onların yerinə gələn cavanların sözünə qulaq asan olacaq? Bu qocaların nüfuzunun sayəsində hələ ki çox şeylərin qarşısı alınıb. Cavanlar gəlsə nə olacaq?". Bu gün Azərbaycanın ən nüfuzlu, ətrafına daha çox insan toplayan ilahiyyatçıları məhz cavanlardır (yeni nəslin nümayəndələri, ad çəkmək istəmirəm). Başqa bir məsələ: neyləyək, belə nağılları görməməzliyə vuraq, İslamı "1001 gecə" nağıllar toplusuna dondərilməsinə rəvac verək? Yazırsız: "Qoyduğunuz problem aktualdır. Təklif etdiyiniz çıxış yolu barədə də düşünməyə dəyər". Yaxşı, Sizin təklifiniz nədir? Hər şeyə göz yummaq, bu problemlərdən danışanların bostanına daş atmaq? Gözəl taktikadı. Qoy biri danışsın, çalışsın, mən də pisləyim. İstənilən halda uduzmuram, hələ özümə alicənab imici də yaradıram. İnciməyin, belə təsəvvür yaradırsınız.
Növbəti kobud səhv (başqa cür də adlandırmaq olar, amma hər kəs özü qiymət versin): Yazırsınız: "Başaqalarında günah axtarırsınız ki, niyə cavabını vermədilər. Bəs Siz?" Harda gördünüz başqalarında günah axtardığımı? Əcəba, yazını tam oxumusunuz, yoxsa ruslar demiş "metodom tıka" üzərindən keçmisiniz? Diqqətli olun, mətn belədir: "Elə təsəvvür yaranmasın ki, kimisə qınayıram. Əsla! Nə qədər milli-mənəvi dəyərlərimizin deqradasiyaya uğramasından danışsaq da, xalqın genetik yaddaşı pozulmayıb. Ağsaqqala hörmət, hətta səhv danışsa belə, yaşamaqdadır". İndi özünüz qərar verin: irəli sürülən ittihamlarınıza nə deyilir?
Daha bir məntqisiz iddianız: "Yazırsız ki onun izzətinə xələl gətirmək, onu aşağılamaq, heysiyyatına toxunmaq istəməmisiniz. Amma bunları etmisiniz axı. Bircə o qalır ki açıq aşkar adını da yazın da. Onsuz da məlumdur ki həmin iclazda danışıb, yaşı 70ə yaxındır, nufuzlu din xadimidir, sovet vaxtı fəaliyyəti olub. Tədbirdə olanlar onu tanıyırlar". Artıq yuxarıda qeyd etdim. Tədbirdəkilər bu yazımı oxumamış da baş verənlərdən xəbərdardılar. Təvəqqe edirsiniz ki, adını yazım. Amma yazmamışam. Sizdən də rica etmişəm ki, bilirsinizsə, Siz yazın. Ancaq yenə də xəyali metodlardan istifadə, fantaziyalar. Bir də ki, inciməyin, amma Sizin ya jurnalistikadan xəbəriniz yoxdur, ya da ki, başqa bir səbəb var. İrəli sürdüyünüz ittihamların məntiqsiz məqamlarını açıqlamaqda davam etmək olardı. Amma bu da yetərlidir.
Və sonda. Məni cəsarətsizlikdə ittiham edirsiniz. Nəzərinizə çatdırım ki, tədbirə jurnalist kimi qatılmışdım. Həm tədbirdə, həm də sonra vəzifə borcumu yerinə yetirdim. Amma qınamıram Sizi. Çünki anlaşılan qədəri jurnalistin nə etməli olduğunu və nə etməli olmadığını bilmirsiniz (hər halda bu ən optimal variantdır). Cəsarətə gəldikdə isə, mənim cəsarətim çatıb öz adımla yazmışam, foto da özümündür. Qondarma ad fikirləşməmişəm, başqasının arxasında gizlənməmişəm. Mən elə mənəm. Ümumiyyətlə, cəsarət haqqında çox danışmaq olar. Amma mən yalnız bir məqama toxunum. Müəllif yerində "Dost" yazmısınız. Əgər həqiqətən dostsunuzsa, yəqin, adınız da var. Məncə, bu da anlaşıldı və inciməzsiniz. Vəssalam
Genc ilahiyyatcilarimiz Haci Sahin Hesenli ve Ismayil Ehmedovu taniyiram. Kifayet qeder de savadli insanlardi. Hemcinin bu saytin yaradicilari.
"Bu qocaların nüfuzunun sayəsində hələ ki çox şeylərin qarşısı alınıb." Neyin qarsisi alinib?!
Bu da yasli ilahiyyatcilarimizin hicab haqda dedikleri:
]]>http://az.islam.az/news/a-7734.html]]>
kərbəlai Teyyub Həsənov:
- Deməli qızlar məktəbə başlarını açıb getməlidirlər?
- Yox, getməsinlər...
- Bəs neyləsinlər? Təhsildən kənarda qalsınlar?
- Mən anlayıram sizi... Hicab yaxşıdır da...
kərbəlai Mirəvəz Xurşudov:
- Xəbəriniz yoxdur məktəblərdəki durumdan?
- Biləsuvarda problem yoxdur. Ola bilər məktəbdə var, bilmirəm. Amma deyiblər bağlama, bağlama da!
Genc ilahiyyatcilarimiz Haci Sahin Hesenli ve Ismayil Ehmedovu taniyiram. Kifayet qeder de savadli insanlardi. Hemcinin bu saytin yaradicilari.
"Bu qocaların nüfuzunun sayəsində hələ ki çox şeylərin qarşısı alınıb." Neyin qarsisi alinib?!
Bu da yasli ilahiyyatcilarimizin hicab haqda dedikleri:
]]>http://az.islam.az/news/a-7734.html]]>
kərbəlai Teyyub Həsənov:
- Deməli qızlar məktəbə başlarını açıb getməlidirlər?
- Yox, getməsinlər...
- Bəs neyləsinlər? Təhsildən kənarda qalsınlar?
- Mən anlayıram sizi... Hicab yaxşıdır da...
kərbəlai Mirəvəz Xurşudov:
- Xəbəriniz yoxdur məktəblərdəki durumdan?
- Biləsuvarda problem yoxdur. Ola bilər məktəbdə var, bilmirəm. Amma deyiblər bağlama, bağlama da!
Niyə mənim sözümü özünüzə qarşı təhqir kimi va ya səhf mə1nada qəbul edirsiniz? Düzdür tədbiri hamı görüb. Mən deyirəm ki Sizin o ağsaqqalı biyabur etməyinizi kimsə oxuyub rayonda yaya bilər. Mən bunu yazmışam. Niyə mənim sözümü ora bura çekirsiz? Tedbirdə olanlar eşidiblər, amma heç biri durub danışmayıb. Bu tenqidi də Siz yazmısınız. Məqalədə adinızı yazıb fotonuzu verməyiniz Sizə haqq qazandırmaz. Bunları tədbirdən sonra burda etmisiz. Men gözleyirdim ki tedbirdə qalxıb sözünuzu deyərdiz. Bunu etməmisinizsə və indi burda məqalə yazıb tenqid edirsinizse. bunun bir adı var QEYBƏT!
Gənc kadrlara gələndə isə yaxşı ki iki nəfərin adını çəkə bildiniz. Əgər düşünürsünüzze ki Hacı Şahin öz mscidini atıb Lenkerana o kişinin yerine gedecek - ne deyim daha???
Agsaqqalların rayonlarda nelərin qabagını aldığını və cavanların öhdəsinə iş qalsa nələr ola biləcəyini Siz də bilirsiniz. çoxları da bilir. Narkomanların da. gündə bir birini bıçaqlayanların da, vəhhabilərin də, İrana işləyənlərin də. nurçuların da 99 faizi cavandır. Bəlkə düz demirəm hörmetli Asya xanım?
Men demek istəyirəm ki tədbirdə kim nə eşidib ya eşitməyib, etiraz edib ya qorxub susub - - bu başqa məsələ. Bir də var ki Azərbaycanın ən məşhur dini saytlarından biri, islam.az unvanının sahibi o kişi haqqında bunu yazıb. Bütün bölgəyə car çəkiləcək ki filankəsi Bakıda biabır ediblər. (nə inki Bakıda ,hətta Azərbaycanda, bəlkə də dünyada - axı bunu oxuyanlar hər yerdə var). Demək nəticədə onun izzətinə də xələl gələcək, heysiyyatı da alçalajaq. Rayonda onun yerini tuta bilən savadlı nüfuzlu haqqi sevən cavanlar çoxdursa, niyə biri də durub etiraz etmədi? Ağsaqqala hörmət qoydular? Bəs bu məqalə ağsaqqala hörmetdir? arxasınca qeybətdi - vəssalam!!
Deyəsən yazılanları tam anlamadınız, təəssüf. Qeybət terminini də araşdırın, görün nədir. Konkret izahı var, ordan-burdan eşitdiklərinizlə fikir yürütməyin. Demək istədiyimi artıq yuxarıdakı postlarda yazdım, təkrarən oxuyun, bəlkə yeni ideyalar peyda oldu. Sizinlə dialoqu artıq mənasız hesab edirəm. Allah zehn açıqlığı versin!
Vusal Aliyev- gardawim bunu burda yazmaqdansa mektubla ya telefonla hemin shuraya muraciyet etseydin dahada mentiqli olardi... icnimeyin sadece nogsanlarimizi achib tokmekdense,mualice etmek lazimdir. amma bunu bizlere yazib chatdirmaqla deyil....
A ki$iler, hele bu muellif hormetle yazib, chox tenqid etmeyib, vallah men bele yazi yaza bilseydim, suruyerdim o cur mollalari. Ne dani$irsiz siz? Deme, eleme.. Biabir elemey lazimdi bunnari. Yax$i da eliyib yazib. Bunnarin vaxti day qurtardi.
Bele mollalarin ortaya cixmasina sebebkar ele biz ozumuzuk. Onu deme xetrine deyer, buna toxunma agsaqqaldi, bu filankesin qohumudu. Mualiceden kecb artiq. İndi operasiya lazimdi elemek. Qardash eceb edib yazmisan, Allah razi olsun
"Bunnarin vaxti day qurtardi." Bəs kimin vaxtı başlıyıb? Çoxdu cavan kadrlarımız ki bunları dəyişdirək? Oxuyun da müsahibələri. Axundlar mollalar şikayət edirlər ki, cavanları İran öz toruna salıb, qarışıqlıq yaradırlar. İndi bunları gətirək məscidlərə? Türməyə düşənlərin, dubinka yeyənnərin sayı 10 qat artsın? Nəyə nail oluruq? Axunda gülürsüz ki hicab haqqında deyir "Amma deyiblər bağlama, bağlama da!" Bəs neyləsin yazıq camaat? Yolumuz var başqa? Ya qızı məktəbdən çıxardib evdə otuzdurmalıyıq, ya da başını açıb məktəbə göndərməliyik.Üçüncü yol da var ki mitinq eləmək, sonra da nəşə ittihamı ilə gedib yatmaq, millət qəhrəmanına çevrilmək.
Bu qədər ki hicab məsələsi ilə əlaqədar qalmaqalllar oldu. Mitinqə camaat çıxır, amma heç bir təşkilat məsuliyyəti boynuna almır ki mən çağırmışam milleti. Bəlkə dini təşkilatların nümayəndələri, liderlər bir araya gəlib yığıncaq keçirsinlər? Yol axtarsınlar ki bunu necə həll edək? Özü də sivil yolla. Elə yolla ki hökümət də eşitsin səsimizi. Yollar axtaraq. Hər şeyin biz deyən kimi olmasını tələb etməyək. Elə yollar axtaraq ki bir az biz güzəştə gedək, bir az hokumet - ortaya bir şey çıxsın.
Dost, sen deyesen lap teze gelmisen sayta? bu yazidan bashaqa da hech ne oxumamisan hele. Bir az evvelki yazilardan da oxu, sonra bele "aqiilli" danish. Sen deyenleri burda choxdan deyirler. Senden de yaxshi. Sohbet de ele ondan gedir. Cavan ve aqilli ruhaniler ise var. Tekce ozuvun bele aqilli olduqunu dushnursense, sehv edirsen.
DostN2 və onu dəstəkləyib plyus yazanlar. Aydın oldu mənə. Sağ olun ki ağıllandırdız məni. Uje başa düşdüm hər şeyi. Başa düşdüm ki, problemin sivil yolla həllini tələb etmək və bu barədə fikir səsləndirmək dırnaqarası ağıllılıq etməkdir (умничать). Amma bir adamın dalınca qeybət eləmək, kürəyinə bıçaq saplamaq fədakarlıq və igidlikdir.
Sen hec agillanana oxshamirsan. İcinde o qeder hikke, nifret, qezeb var ki, soz eshide de bilmirsen. Bu qeder xirdaladilar senin ucun, dash-divar basha dushdu, sen ise yox. İncimeyesen a, bir dost kimi danishiriq
Yox qardash, sen basha dsuhmursen yox eee, sen basha dushmek istemirsen. Yazdim ora ki, sen dediklerini burada deyirler. Ele bu muellifin evvelki yazilarini da oxusan gorersen. Senden de daha konkret deyir. Sadece sen gozunu yumub deyirsen ki, "menden bashqa aqilli yoxdu, haminiz tupoy ve fundamentalistsiz".
Çox təəssüf məni başa düşən olmadı. Bir daha təkrar edirəm dediklərimi.
1. Mənim fikrimcə həmin tədbirdə baş verən hadisəni bu qədər dəqiqliyə yaxın şəkildə təsvir edib o ağsaqqalı biabir elmek düz dəyil.
2. Daha yaxşı olardı ki müəllif elə orda durub ağsaqqala etiraz edəydi. Axı özü də yazır ki orada zülüm zülüm ağlayanlar da var idi. İndi onlar bu "hədis"in səhv olduğunu bilmək üçün gərək internetə girib bu məqaləni oxusunlar? yaxşı olmazdı ki elə orda cammatın beynindən bu "hədis"i siləydilər. Axı bu hədisi həmin nüfuzlu din xadimindən üşidib başqalarına danışanlar da olacaq.
3. Kimisə təqaüdə göndərəndə qocsa ya cavan olmasına baxmaq düzgün deyil. Elə cavanların da içində təqaüdə layiq olanlar var.
4. Qocaları cavanlarla əvəz etməklə problemi həll eləmək məncə düzgün deyil.
5. yaxşı yaxşı fikirləşmək lazımdır - indi İmam Həsənin zamanıdır ya İmam Hüseynin? Yəni cənub bplgəsində olduğu kimi sərhədin o tayından fətva alıb özünü mücahid kimi gıstərmək yoxsa səbr etmək? Düşünmək lazımdır ki bu adamlar repressiyaya məruz qaldı, neçəsi hələ də yatır. Bunun ümumi işə bir təsiri oldu ya yox? Vəziyyət azacıq da olsa deyişdi? Yoxsa hamısı hədər idi?
Müəllif: DostN2 | 23 Fevral, 2013 17:37| Ответ на #791
Bashqalarini bilmirem, shexsen men dediklerinin hech biri ile razi deyilem ve hamisini da basha dushmushdum. Etirazimi da ona gore bildirdim ki, dediklerinin hamisina cavab verilib ve dediklerinin hech biri duz deyil.
Salam aleykum.Bu gerginleshmish muzakireye mumkun qeder serinlik getirmek ucun bir iki kelme mende yazmaqi lazim bildim.Yazilanlardan bilinir ki hem Vusal qardashimiz hemde Dost leqebli qardash oz fikirlerinde yaxshiliqdan savayi hec bir shey istemeyibler ve her ikisininde saf niyetle cixish edib oz fikirlerini bildirmesi aciq ashkar gorsenir,sadece olaraq bu veziyeti kimin doqru qiymetlendirib doqru qerara vermesi sual doqurub.Men isterdim ki hamimiz Allahdan bu meselede hem ahil vetndashimiz ucun hemde cemiyetimiz ucun xeyirli netice diliyib bol bol dua edek ve bu bu movqe etrefinda birleshib bu muzakireni mehriban Allahin xatirine mehribancasina bitirek,elbetdeki hamimiz Allaha xatir dushunub yashayiriq sadece ferqli noqteyi nezerle,esas odur ki niyetler saf olsun sehv ve noqsanlari ise inshallah mehribancasina aradan qaldirmaqa qadir xalqiq shukr Allaha.Allah hamimiza komek olsun.
nese bizim millete xasdi bu din adindan ne esitsek onu qebul etmeliyik mutleq cunki,hec vaxt bu sohbet yalan ola bilmez deyib qorxuduruq ozumuzu ki,inanmasam nese olar mene amma elbetdeki bele sadelov olmamaliyiq