POPULYARXƏBƏRLƏR

“Ləbbeyk, ya Valentin!”

“İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) dəvət et, onlarla ən gözəl surətdə mübahisə et” (“Nəhl”, 125). Allah-taala Quranda belə buyurur. Bəs biz neyləyirik? Ay-hay! Nə hikmət, nə nəsihət, nə gözəl mübahisə? Biz sanki bütün zəhərimizi, kimə və ya nəyə isə nifrətimizi yaxşılığa dəvət etdiyimizin üzərinə tökürük. Sanki, onun belini qırmağı qarşımıza məqsəd qoymuşuq.

Bu günlərdə gənclər, xüsusən də paytaxtda, bir birinə hədiyyə bağışlamaq kampaniyasına start verib. Bəli, fevralın 14-ü, “müqəddəs Valentin” günü. Bir qrup namaz qılan var ki, ötən illərdə olduğu kimi, yenə də insanlara “gözəl öyüd-nəsihət” verir: “Ayıb olsun! Ar olsun! Siz müsəlman deyilsiniz? Dədə-babanız Valentin gününü qeyd edib? Sevgililər günü Həzrət Əli (ə) ilə Xanım Zəhranın (s.ə.) izdivac günüdür!”. Bəziləri isə daha “dərin hikmətə” əl atırlar: “Allah lənət eləsin!”. Bir müddət əvvəl də eyni hadisələrə şahidlik etdik. Yenə mütəşəkkil surətdə milli “əmr-be-məruf” kampaniyası aparılırdı. Yalnız hədəflər fərqli idi: zalım Şaxta Baba, pozğun Qar qız və soyuq Laplandiyadan transfer edilən “Böyük Büt – Yolka”. İnsanlar tam ciddiliklə deyirdilər: “Tfu, sizi ,azğınlar! Necə də “yolkanı” Kəbə evi kimi təvaf edirlər e! Adə qoyma, İslam əldən getdi! Belələrimi Qarabağı azad edəcəklər?”. Məncə, bu yerdə düşünməyinə dəyər: görəsən belə dəvətə neçə nəfər “ləbbeyk” deyəcək, bu “dəvətçilərə” sarı addımlayacaq? Amma bu yeganə sual deyil.

Məsələn, heç fevralın 14-də gənclərin Bakı küçələrinə çıxıb “Valentin əkbər!”, “Ləbbeyk, ya Valentin” dediyini eştmisiniz? Yoxsa “Böyük Büt - Yolka” ətrafında təvaf etdikdə “Şaxta Babaya həmd olsun” deyiblər? Başqa bir mətləb ətrafında da düşünməyə çağırıram. Cəmi bir neçə gün əvvəl xalqımız 20 Yanvar şəhidlərini yad etdi. Şübhə etmirəm ki, Valentin gününü, Yeni ili qeyd edənlərə lənət göndərənlər də həmçinin. Amma heç bir dəfə də olsa düşünmüsünüzmü: məzarlarının önünə gedərək “Fatihə” oxuduqlarınız, məzarlarna gül düzdüklərinizin demək olar ki, hamısı, kiçik yaşlarında “Böyük Büt - Yolka”nı “təvaf ediblər”, onu oyuncaqlarla bəzəyiblər. Təsəvvür edin, onlar hələ xorla Şaxta Babanı da çağırıblar. Bunu bilirdiniz? Hələ bu harasıdır? Onların böyük əksəriyyəti nə namaz qılmırdı, nə oruc tutmurdu. Bəli, bəli! Amma bütün bu “anti-İslami” hərəkətlər onlara zaman yetişdikdə Vətənin müdafiəsinə qalxmağa maneə yaratmadı. Sadəcə getdilər və canlarını fəda etdilər. Odur ki, sözlərimizə diqqət edək. Xalqımızı sevək. Olduğu kimi. Onu süni şəkildə bölməyək. Ona malik olmadığı sifətlər də yapışdırmayaq. Deyək: “Böyük əksəriyyəti namaz qılmayan xalqdır! Böyük əksəriyyəti Həzrət Əli (ə) ilə Xanım Zəhranın (ə) kimliyini anlamayıb! Xalqımızın qadınlarının böyük əksəriyyəti hicabsızdır! Amma bu – mənim xalqımdır! Bura mənim vətənim – Azərbaycandır! Mən – bu xalqın övladıyam! Mən xalqımı aşağılamamalıyam! Mən xalqıma İslamın gözəlliklərini “gözəl öyüd-nəsihət (moizə) ilə” anlatmalıyam.”. Belə etsək, inşaallah, bəhrəsini də tezliklə görərik.

Heç kim nə Yeni il, nə də Valentin gününün Azərbaycan xalqının, müsəlman ümmətinin ənənələrinə zidd olduğu ilə mübahisə etmir, bu faktı şübhə altına almır, heç kim demir ki, namaza, oruca, Allah yoluna dəvət lazım deyil. Əgər biri digərini sevirsə, bunu bəyan etmək üçün süni, qondarma, müsəlman xalqına yaraşmayan, kökü heç də normal hisslərə bağlı olmayan “bayramlara” ehtiyac yoxdur. Bu sevgini hər gün, hər an, bütün davranışlarla izhar etmək olar və lazımdır da. Milli mentalitetimiz də, İslam da bizdən bunu tələb edir. Amma yenə də, rəngləri qatılaşdırmaq da olmaz. İki gənc bir birinə qarşı ülvi hisslər bəsləyirsə, hər cüzi imkandan istifadə edərək bu hissləri qarşı tərəfə izhar etməyə çalışacaq. Daha o Valentinin kim olması, hardan gəlməsi, onu qətiyyən maraqlandırmır. Əgər gənclər Həzrət Əli (ə) ilə Xanım Zəhranın (s.ə.) izdivac günü bir yana, heç şəxiyyətlərindən bixəbərdilərsə, günahı onlarda deyil, daha çox özümüzdə axtarmalıyıq. Əmr-be-məruf taktikası və strategiyası dəyişməlidir. Diqqət yetirin, demirəm yeni üsullar düşünülməlidir. Yox! Sadəcə Quranın buyurduğu yola qayıtmaq, Peyğəmbərimiz, İmamlarımızdan ibrət götürülməlidir.

Belə. İndi isə “mustafası”. Allah lütf edib bizim gözlərimizdən pərdələri götürübsə, təkəbbür etməməli, ücbə qapılmamalıyıq. Həddi aşmamalıyıq. Camaata şəbədə qoşmamalıyıq: “Bu mömindir, bu “hüseynçidir”, bu qorxaqdır, bu mübarizdir, bu..., bu..., bu...”. Vallah, belə davranış rəğbətdən çox ikrah hissi doğurur. Yaxşılığa dəvət də lazımdır, pislikdən çəkindirmək də. Amma  “hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə”. Vəssalam.


 



Yerləşdirilib:12 Fevral, 2013  22:05, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 2
Müəllif: xedice | 12 Fevral, 2013  21:03
# Ответить
+6


]]>]]>

ALLAH RAZI OLSUN..ELLERINIZ DERD GORMESIN!!!
Müəllif: Nazim | 14 Fevral, 2013  23:11
# Ответить
+5


]]>]]>

Salam aleykum.Bosh sheydi valentin sevgisi,Leyli Mecnunnunn sevgisinden oyani yoxdur ki,ancaq aqibetleri nece oldu?Sevginin en yuksek seviyesin Ali Alehisselamla Xanim Fatimeyi-Zehra gosterib ve bu sevgininen en mukemmel eshq olduqunu hedislerde shahidi oluruq.Valentin gunu son illerde hecde xosh niyetle getirilmiyib cemiyetimizin cundemine,ele sovet hokumeti bele calaqlarla qadinlarin bashindan hicabi acdirdida.Meqale ucun teshekkur.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com