Son zamanlar Azərbaycanda qəribə tendensiya yaranıb: insanlar nəinki dindar, ümumiyyətlə dindən xeyli uzaq olduqları təqdirdə, dində mövcud olan konkret göstərişi həyata keçirməyə son dərəcə aludə olublar. Yox, düşünməyin ki, məmləkətimizdə dua, camaat namazı və yaxud sədəqə paylamaq ənənəsi bərqərar olub.
Əgər belə olsaydı, heç bu sətirlər də yazılmazdı. Söhbət müvəqqəti nikahdan, yəni siğədən, yəni mütədən gedir. Əvvəlcədən bir məsələni qeyd edim ki, meydana gələ biləcək konkret ittihamın qarşısı alınmış olsun: mən o müsəlmanlardanam ki, dinimizdə müvəqqəti nikahın mövcudluğunu qəbul edirəm. Bu belə. İndi isə sözümün məğzi.
Bir neçə gün əvvəl məni çaş-baş salan bir hədis eşitdim. Özü də bunu bazarda alverlə məşğul olan, avtobus dayanacağında qəzet satan və ya avtomobilləri yumaqla özünə və ailəsinə çörəkpulu qazanan birisi demədi. Söhbət “hörmətli hacı”dan gedir. Ağa buyurdu ki, Qiyamət günü həyatında 3 siğəsi olmayan kişiyə Cənnət haram buyurulacaq. Konkret. İstisnasız. Güzəştsiz. Sanki qupquru budağa bir balta çaldı. Dini savadım yoxdur. Odur ki, belə hədisin olub-olmaması məsələsinə dair bir söz deyə bilmərəm. Hərçənd, mövcudluğunu bilsəm belə, yenə də fikirlərimdə, mövqeyimdə bir dəyişiklik baş verən deyil. Çünki Quran ayəsi deyil ki, şəksiz qəbul edim. Çünki, Allaha şükürlər olsun ki, Rəbbim mənə naqis də olsa, ancaq düşünən beyin əta edib. Çünki mərhum valideynlərim mənə abır, həya, düzlük, vicdanlıq dərslərini keçiblər. Çünki zərrə qədər də olsa, məntiqi analiz qabiliyyətinə qadirəm. Məntiqlə düşünərək də, bu hədisi eşidən bir gəncin sonrakı davranışlarına dair mülahizə yürüdürəm. Siz də yürüdün, çox rica edirəm. Nə alınır? Razıyam, çox çirkin bir mənzərə yaranır. Belə anlaşılır ki, Allah, əstəğfürullah, yaratdığı bəşər qarşısında bir plan qoyub. Bu plan da yerinə yetirilməlidir. Əks halda hansısa Cənnət haqqında heç düşünməyinə dəyməz. Bütün həyatı boyu da insan bu planı yerinə yetirmək üçün mücadilə etməlidir. Şüarı da bəllidir: “Üç siğə et – Cənnətə daxil ol!”.
Artıq yuxarıda qeyd etdiyim kimi, bu gün Azərbaycanda bu proseslər son dərəcə ifrat və iyrənc xarakter alıb. Üzr istəyirəm bu ifadəmə görə, amma gündə bir pozğun qadının yanına gedən və uzaq başı 1 saat “vaxt itirən” həmyerlimiz ara-sıra qınaq eşidəndə buyurur ki, “neyləyirəm e, siğədi da!”. Onun bu hərəkətlərinə rəvac verənlər isə bəzi inanclılardı. Həmən inanclılar ki, siğəni az qala həyatının mənasına çeviriblər, soraqları gündə bir mahaldan gəlir. Dindən uzaq olanlar hərəkətlərinə “siğədi da!” deməklə bəraət qazandırmağa çalışırlarsa, sözügedən inanclılar “savadlı dindarlar” kimi davranışlarını yuxarıda bəhs etdiyim hədislərə bənzər rəvayətlərlə isbatlayırlar. Məsələn, İmam Sadiqdən (ə) belə hədis nəql edirlər: “Mütə nikahı və müvəqqəti evlilik hər bir şəxs üçün müstəhəbdir. Xoşlamıram ki, sizlərdən biriniz ömründə heç olmasa bir dəfə müvəqqəti evlənməmiş bu dünyadan getsin”. Yaxud da yenə İmam Sadiqdən (ə) belə bir hədis: “Mütə edən kəsin qüsl edən vaxt bədənindən axan hər damla suya Allah-taala yetmiş mələk məmur edər ki, qiyamət gününə qədər onun üçün bağışlanma diləsinlər. Mütədən imtina edən və uzaq duran kəslərə isə qiyamət gününədək lənət göndərmək tapşırılar”. Təsəvvür edirsiniz? İmama yaraşdırdınızmı bu lənət məsələsini? Nə bilim, vallah...
Qardaşlar, əzizlərim! Əvvəla bu hədislərin nə dərəcədə səhih olub-olmaması bəlli deyil. Yəni Quran ayəsi deyil ki, dərhal qəbul edək. Ancaq bir anlığına düşünək ki, bu hədislər səhihdir. Məgər bu gün bütün əməl olunası VACİBLƏR yerinə yetirilib ki, bu müstəhəbə bu qədər aludə olmuşuq? Yaşadığımız cəmiyyətdə nə qədər xəstə var ki, müalicə olunmağa, dərman almağa pul tapmır, nə qədər ac var ki, qarnını sonuncu dəfə doyuzdurduğunu unudub, nə qədər yetim var ki, məktəbə getməyə paltar tapmır və s. və s... Həqiəqətənmi bu gün İslam, Allah bizdən bu müstəhəbə belə canfəşanlıqla əməl etməyi tələb edir? Məgər İmam Cəfər Sadiq (ə) bu gün yanımızda olsaydı “hey, müsəlman igidləri, haydı savab qazanmağa, haydı hamı siğə dalınca düşsün!” deyərdimi?
Bir daha qeyd etməyi özümə borc bilirəm: müvəqqəti kəbin İslamda mövcuddur. Və bəzi zəruri hallarda harama düşməmək üçün və iffəti qorumaq şərti ilə icrası mümkündür. Fahişələrlə “siğə” adı ilə münasibət qurmaqdan isə söhbət belə gedə bilməz. Amma bu gün, bu müvəqqəti kəbini belə iyrənc kökə salmaq İslama zərbə vurmaq deyilmi? Yaşadığımız cəmiyyəti, mühiti nəzərə almadan davranmaq olarmı? Dindən uzaq olan bir kəsin qəlbində “namaz qılanın” gündə bir pozğun qadınla siğə etməsi İslama məhəbbət yaradarmı?
Sonda isə bir xatırlatma. Məhəmməd (s) Allahın Yer üzünə göndərdiyi son peyğəmbər idi. Bundan sonra təbliğat missiyası parçalanaraq hər bir müsəlmanın vəzifəsi olaraq təyin edilib. İndi düşünək – biz İslamı necə təbliğ edirik? Hansı davranışla?
Meseleye yanashma cox gozeldir. Muellif cox dogru qeyd edib yashadigimiz muhiti cemiyyeti nezere almayaraq davranmaq olarmi? tebii ki yox bu mumkun deyil. cunku her shey inkishaf edir deyishir mutleq davranishlarimizda bu deyishikliklere uymalidir.
Salam.Mene ele gelir ki, her hansi bir meseleye tenqidi yanasma, hemin meselenin tam heqiqetini acib gostermekdedir.Niye gore biz bezen "qarqa mende qoz var" meseline emel edirik?! Hec bu meqalenin yeridir?! Eger tehqiqatci noqteyi-nezerden yanasmaq isteyirsinizse, onda muveqqeti nigahin mahiyyeti ve tarixcesinden ve hansi problemleri hell ede bileceuinden yazin!Hal-hazirda Azerbaycanda yaranmis bir cox sosial problemlerin helli Islam qanunlarinin duzgun formada cemiyyete catdirilmasindadir!
Xalqimizda Islama qarsi nifret hissi oyatmayin!
Qardash siz cox genis ve dogru izah etmisiniz,yazdiqlarinizi diqqetle oxuyan her kes deqiqi anlayacaqki , burda sohbet neden gedir.Islama yarasmayan ve iyrenc bi isdir ki,indiki cox gencler buna emel edirler ve onlara basa salamq olmur ki, kebn bu demek deyil
bu mesele ile razilasmayanlar ,islamda isffet ,iman,ismet ele imana baglidir. imani ola momin ailesinie xeyanet etmez ve gunde 5 defe ALLAHA secde edib sonra gedib gunah islemez.
Salam Aleykum,sige nedi? Utanmirsiz? Hansisa muharibe dovru olub ve sonra Peygemberimiz qadagan edib bunu..Ele sige etmek iffetsizlikden gelirde,,Kiminle sige edirlerki exlaqsiz qadinlarla..Savadiniz yoxdusa sakit durun,girismiyin bele movzulara,beyem sizden sige sorusan oldu? Exlaqsizligi ele sige deyenler yayirlarda..Eyib olsun Resulullahin (s.a.s)-in qadagan etdiyi seyi yeniden dilinize getirisiz,olmaz ay qardas OLMAZ,3 DENE HEDIS KITABI OXUYUB NESE DEMEYIN,EXLAQSIZLIQI YAYMAYIN
Yusif, 1-cisi sen deyesen hech meqaleni oxumamish yazirsan ve hech xeberin de yoxdu ki, bashliqla meqalenin ichinde tam ferqli fikirlerdi. 2-cisi, siqeni qadaqan etmesi barede Peyqember shexsen sene deyib? Get bir arashdir ay adam. Qadaqani O elemeyib. Ele yazib ozuvu aqilli gostermek namine yazirsan e..
Yusuf, sən hansı yuvanın quşusan, aydın oldu. Amma xahiş edirəm, get başqa yerdə quşla. Kimlərsə 3 hədis kitabı oxuyub. Sən bəlkə də çox oxumusan. Amma lazım olan kitabları yox. Buratinonun sərgüzəştlərini oxuyub burda meydan oxuma, ağıllı ol
Duzdur ki, Quranda bu barede yazilmayib... Amma Quranda buyurulub ki evlenin ve neslinizi artirin... her weyi pis yere yozmaqla hara gedecek bu millet..
Baqir qardawimla raziyam. Peygemberimizin (s.e) dovrunde de olub bele (Yusuf kimi) dini parcalayanlar ve Peygemberimizin (s.e) adindan yalanci hedisler qowub camaati caw-baw salananlar. Bunlar (kecmiwde) Xelifeliyi ele kecirib mesumlarimiza zulm edenlerin bu gunku gunumuzde davamcilaridir.